ARDNŞ korrupsiyaya qarşı yeni standartlarla işləyəcək
Beynəlxalq standartlara keçid üzrə aparılan genişmiqyaslı tədbirlər çərçivəsində ARDNŞ-in “Korrupsiya ilə mübarizə və şəffaflığın artırılması” sahəsində 9 yeni standartı hazırlanıb və toplu halında şirkətin 10 avqust 2012-ci il tarixli əmri ilə təsdiqlənib.
Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, oktyabrın 4-5-də həmin standartların təqdimatı və müvafiq treninqlər keçirilib. Əvvəlcə ARDNŞ-in vitse-prezidentləri, şirkətin strukturuna daxil olan idarə və müəssisələrin rəhbərləri, departament və şöbə rəisləri, sonra isə Təlim Tədris Sertifikatlaşdırma İdarəsində müəssisələrin qurum rəhbərləri üçün treninqlər təşkil olunub. Treninqlərdə beynəlxalq qanunvericiliyin tələblərinə uyğun yeni standartların ARDNŞ-də tətbiqi qaydaları slaydlar vasitəsi ilə iştirakçılara izah edilib, onların sualları ətraflı cavablandırılıb.
Yeni standartlar 2013-cü il yanvarın 1-dən qüvvəyə minəcək.

Oxşar yazılar

Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04