BP-nin Azərbaycandakı taleyi sual altına düşə bilər
APA-nın xəbərinə görə, bu barədə Böyük Britaniyanın nüfuzlu “Financial Times” nəşri məlumat yayıb. Qəzet Azərbaycan Nazirlər Kabinetinin iclasında səslənmiş ““Azəri”, “Çıraq” yataqları üzrə fəaliyyət göstərən konsorsiuma rəhbərlik edən BP şirkətinin kobud səhvləri nəticəsində neft hasilatında gözlənilməyən tənəzzül baş verib ki, bu da Azərbaycanın 8,1 mlrd. dollar gəlirdən məhrum olması ilə nəticələnib” fikrini sitat gətirib.
“RBC Capital Markets”in nümayəndəsi Piter Xatton qəzetə açıqlamasında BP şirkətinin Azərbaycan hökuməti ilə çox yaxşı münasibətlərinin formalaşdığını bildirib: “Ona görə də BP-nin əsas fəaliyyət sahəsinə dair tənqidlər şirkət üçün gözlənilməz olub”.
Məqalə müəllifi qeyd edir ki, rəsmi Bakının iradları BP üçün heç də yaxşı olmayan vaxtda ortaya çıxıb. Belə ki, hazırda BP 2010-cu ildə Meksika körfəzində baş vermiş neft sızıntısına görə müxtəlif iddialarla qarşı-qarşıyadır.

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15