Ərəbistan şahzadəsi Bakıda 100 milyardlıq layihəyə pul yatırır
İndiyədək əldə edilmiş razılıqlar və imzalanmış müqavilələr əsasında Azərbaycanda həyata keçirilən Xəzər dənizində şəhər - «Khazar Islands» layihəsinə 500 mln. ABŞ dolları həcmində xarici investisiya yatırılacaq. Bu barədə «APA-ECONOMICS»ə açıqlamasında «Khazar Islands» layihəsini həyata ikeçirən «Avesta» Konserninin prezidenti Hacı İbrahim Nehrəmli bildirib.
Onun sözlərinə görə, oktyabr ayında «Khazar Islands»ın rəhbərliyi Dubayda (BƏƏ) və İstanbulda (Türkiyə) investorlarla görüşlər keçirib. Danışıqların nəticəsi olaraq bir sıra iş adamları layihəyə qoşulmağa qərar veriblər və artıq gələn həftə layihəyə investisiya yatırmaq istəyən investorlar Bakıya gələcəklər. «Layihəyə Yunanıstan, Dubay, Səudiyyə Ərəbistanı və Misirdən olan işi adamlarının birgə şirkəti böyük maraq göstərir. Bu şirkət Dubayda və digər Yaxın Şərq ölkələrində çoxsaylı hotellərin tikintisini həyata keçirib və sahibidir. Bu şirkət layihəyə azı 200 mln. dollar investisiya yatırmaq niyyətindədir», - deyə İ.Nehrəmli bildirib.
Bundan başqa, Türkiyədə investorlarla aparılmış danışıqlar nəticəsində investisiya şirkətinin «Khazar Islands» layihəsinə ilkin olaraq 50 mln. avro məbləğində sərmayə yatıracağı barədə ilkin razılıq əldə edilib. Bu şirkətlə də müqavilənin yaxın günlərlə imzalanması gözlənilir. Həmin şirkət layihədə 6 binanın və ya ümumilikdə 200 min kv. metr sahənin tikintisini maliyyələşdirəcək.
«Hazırda potensial investorlarla danışıqlar davam etdirilir. Yaxın günlərdə layihədə iştirakı ilə bağlı danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanı şahzadələrindən biri Bakıya gələcək. Bundan başqa, noyabrda Çexiyanın PSG şirkəti, Çin «Eximbank»ı, bəzi Türkiyə və Dubay bankları və şirkətlərinin nümayəndələri danışıqlar aparmaq üçün Azərbaycana gələcəklər», - dyə Konsern başçısı vurğulayıb.
Qeyd edək ki, dənizdə süni arxipelaq üzərində salınacaq «Khazar Islands» ümumi sahəsi 3 min hektar olan 41 müxtəlif ölçülü adadan və onun üzərində salınmış 19 mikrorayondan ibarət olacaq. Arxipelaqın özü uzunluğu 8 km, eni 3 km olmaqla ümumilikdə 24 kv. km-i əhatə edəcək. Adaların bulvar xəttinin ümumi uzunluğu 50 km-ə çatacaq. «Khazar Islands» layihəsinin icrası ümumilikdə təqribən 100 mlrd. dollara başa gələcək.

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15