Dünyanın ən bahalı və lüks yaxtalarından biri Bakıya gətirilib - EKSKLÜZİV
Azərbaycanın sifarişi ilə Xorvatiyada hazırlanan, dünyada ən böyük və lüks yaxtalardan hesab olunan “Caspian Star” (Xəzər Ulduzu) Bakıya gətirilib. Lent.az-ın əldə etdiyi məlumata görə, təxminən 1 il müddətinə hazırlanan “Caspian Star” artıq Bakı buxtasındadır. Yaxta Adriatik dənizi, Egey Dənizi, Bosfor və Dardanel Boğazları, Qara dəniz, Kerç boğazı, Azov dənizi, Rostov-Don kanalı, Volqa çayını keçərək, bir neçə gün əvvəl Xəzər sularına daxil olub.
Yaxtanın uzunluğu 60 m, eni 10.68 m, hündürlüyü 3.1 m, maksimal sürəti 13.7 dəniz mili təşkil edir. Yaxta 70 sərnişini qısa səyahətlərə çıxara bilir və 2 lüks salona malikdir. Üstəlik, göyərtədə əlavə istirahət yerləri, gəmini sahibi və VİP qonaqlar üçün isə böyük kabinələr var.
Azərbaycan bayrağı altında üzən “Caspian Star” 11 ay ərzində hazırlanıb. Bu, Brodosplit - Special Naval Shipyard gəmiqayırma şirkətin lüks yaxtaların hazırlanması istiqamətində növbəti addımı hesab edilir.
Bakıya gətirilmiş bu yaxta dünyada ən böyük və lüks yaxtalar kateqoriyasına aid edilir.
Nizam RZA

Oxşar yazılar

Bakının bu ərazilərində qaz kəsiləcək
17 iyun 2025 , 16:55
“Unibank” səhiyyə işçiləri üçün xüsusi kampaniya keçirir: 0 % komissiyalı kredit
17 iyun 2025 , 15:43“Azərsun Holdinq” növbəti dəfə sertifikatla təltif olundu
17 iyun 2025 , 15:06
Azercell Ucal Haqverdiyevin rəsm əsərlərindən ibarət kitab təqdim edib
17 iyun 2025 , 12:40
Yaxın Şərqdəki hadisələrə görə AZAL-ın ləğv olunan reyslərinin SİYAHISI
16 iyun 2025 , 15:08
Bakının bu prospektində yeni hərəkət zolağı yaradıldı
15 iyun 2025 , 17:52
"Azercell" gənclər üçün “DataMinds” bootcamp layihəsinə start verir
14 iyun 2025 , 11:06