Rövnəq Abdullayev: “Azərbaycanın xarici sərmayələri qanunla qorunur”
ARDNŞ-in baş ofisində Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev ExxonMobil International Limited şirkətinin prezidenti və hasilat üzrə direktoru Bred Korsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Lent.az-a ARDNŞ-dan məlumat verilib.
Qonaqları salamlayan R. Abdullayev ARDNŞ ilə ExxonMobil arasında əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu deyərək bu münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirib. ARDNŞ ilə tərəfdaşlıq əlaqələrinin ExxonMobil üçün əhəmiyyətli rol oynadığını vurğulayan B. Korson Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətləri, ölkədə həyata keçirilən beynəlxalq müqavilələrin şərtlərinə tam əməl olunmasını yüksək qiymətləndirib, ARDNŞ ilə yaranmış əməkdaşlığın səviyyəsindən razı olduğunu qeyd edib. O, ExxonMobil-in təcrübəsinin, maliyyə və texniki imkanlarının əməkdaşlığın yeni layihələrdə inkişaf etdirilməsi üçün şərait yaratdığını diqqətə çatdırıb. Azərbaycanda xarici sərmayələrin qanunla qorunduğunu və bunun ölkəyə böyük etimad qazandırdığını deyən R.Abdullayev ARDNŞ-in bu gün inkişaf edərək beynəlxalq bazarlarda mühüm nailiyyətlər qazandığını vurğulayıb.
Görüşdə ARDNŞ və ExxonMobil-in Azərbaycanda birgə həyata keçirdiyi layihələrin gedişi, şirkətlər arasında əməkdaşlığın genişləndirilməsi və bu istiqamətdə mümkün perspektivlər müzakirə olunub.

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15