Ölkəmizə ən çox əmək miqrantları gəlir
“Azərbaycanın hazırkı iqtisadi inkişafı yaxın qonşu ölkələrin, həm də uzaq xaricin diqqətini böyük bir əmək bazarı kimi ölkəmizə cəlb edir. Azərbaycana gəlmiş miqrantların əksəriyyətini əmək miqrantları təşkil edir”. Lent.az-ın Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmanın ümumi qaydalarına həsr olunmuş tədbirdə Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Proseslərinin idarə olunması Baş İdarəsinin rəisi İsmayıl Abdullayev bildirib.
Onun sözlərinə görə, Avropa ölkələrində yaşanan iqtisadi böhran iş yerlərinin itkisinə səbəb olub ki, bu da həmin ölkələrə yollanan ənənəvi miqrantların ölkəmizə maraq göstərməsinə və nəticədə Azərbaycana işçi kütləsinin axınına səbəb olur: “Azərbaycanda əmək miqrasiyası qanunvericiliklə tənzimlənir. Ucuz işçi qüvvəsinin Azərbaycanın daxili əmək bazarına və ümumilikdə ölkə iqtisadiyyatına mənfi təsirinin qarşısının alınması böyük əhəmiyyət kəsb edir”.
İ. Abdullayev daha sonra bildirib ki, səhiyyə sektorunda bu məsələnin özünəməxsus tərəfləri var və hər bir şəxs ölkədə əmək haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmazdan öncə xüsusi razılıq almalı, təsdiq olunmuş proseduralardan keçməlidir.

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15