“Azərsu” “Bently” mükafatı alıb
Lent.az-ın verdiyi məlumata görə, 270 layihənin təqdim olunduğu müsabiqənin “İçməli su, çirkab su və yağış sularının idarə olunmasında yeniliklər” kateqoriyası üzrə final mərhələsində 3 şirkətin layihələrinin təqdimatı olub. Bunlardan biri “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) layihəsi olub. Tədbirdə ASC sədrinin birinci müavini Teyyub Cabbarovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib. “Azərsu” ASC-nin İnformasiya və kommunikasiya texnologiyaları departamentinin rəisi Samir Qənili “Yeraltı infrastrukturun idarə olunması-“Azərsu CİS” layihəsini təqdim edib.
Daha sonra yekun qiymətləndirmə aparılıb. “Azərsu” ASC -nin layihəsi müsabiqənin qalibi seçilib.
“Bently” şirkətinin prezidenti M. Bently “Azərsu”nun təqdim etdiyi layihənin qurumun beynəlxalq arenada tanınması ilə yanaşı, qabaqcıl texnologiyalardan istifadə baxımdan əhəmiyyətli olduğunu bildirib. Onun sözlərinə görə, bu, Azərsu ASC-nin Azərbaycanda informasiya texnologiyaları sahəsində genişmiqyaslı işlərin görülməsindən xəbər verir.
Bu gün bununla bağlı “Azərsu” ASC-də mətbuat konfransı keçirilib. Teyyub Cabbarov bildirib ki, həmin tədbirdə beynəlxalq şirkətlər Azərbaycana əməkdaşlıq təklif edib, yaxın günlərdə Azərbaycana gələcək: “Bizim tətbiq etdiyimiz yeniliklər əsasında yeraltı sular bir mərkəzdən idarə olunacaq. Biz müsabiqədə ABŞ və Hindistan şirkətlərinə qalib gəldik və bu, böyük uğurdur”.
Ramiz

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15