Bakıda növbəti milyonluq obyekt su qiymətinə satılır - FOTO
Əmlak Məsələləri Dövlət Komitəsi bu il keçirəcəyi sonuncu hərracda Bakının mərkəzində daha bir dövlət obyektini hərraca çıxararaq satacaq.
Lent.az-ın Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dekabrın 25-də Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küçəsi, 5. ünvanında yerləşən, İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin tabeçiliyində olan 37 nömrəli təsərrüfat hesablı “İncəsənət” mağazası hərraca çıxarılacaq.
Sahəsi 169.1 kv.m olan, Əziz Əliyev küçəsi ilə Neftçilər prospektinin kəsişməsində yerləşən bu nəhəng obyektin start satış qiyməti 14 min 774 manat, ilkin çatış qiyməti 12 min 558 manatdır.
Xatırladaq ki, Əmlak Məsələləri Dövlət Komitəsi mayın 1-də Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 3 ünvanında yerləşən, İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzin tabeçiliyində olan Bakı şəhər İcarə Ticarət Evi, başqa sözlə, Bakı köhnə Univermağını 55 min 48 manata hərraca çıxarmış və sahəsi 522,2 kvadratmetr olan bu nəhəng ticarət obyektini mayın 1-də elə bu qiymətə də satdığı barədə rəsmi məlumat yaymışdı.

Oxşar yazılar

“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir
1 avqust 2025 , 14:47
Sabah Bakının bu rayonunda qaz kəsiləcək
31 iyul 2025 , 19:54
Sabit tarifin tətbiq olunması nə vəd edir? - ARAŞDIRMA
31 iyul 2025 , 18:49
Sürücülərin NƏZƏRİNƏ: Bakı-Qazax yolunda hərəkət məhdudlaşır
31 iyul 2025 , 17:31
Trampın Putinə ultimatumu neftin qiymətini kəskin dəyişdirdi
30 iyul 2025 , 17:20
Azərbaycanda 27 vəzifəli şəxs cərimələndi
30 iyul 2025 , 17:09
Azərbaycan paralimpiyaçıları 2025-ci ilin ilk yarısında 22 medal qazanıb
30 iyul 2025 , 11:35