Ələt limanının təməli qoyulacaq
25 dekabr 2009 10:15 (UTC +04:00)

Ələt limanının təməli qoyulacaq

Yaxın günlərdə Ələt limanının təməli qoyulacaq və tikinti işlərinə başlanılacaq.


Lent.az-ın verdiyi məlumata görə, bu barədə Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov məlumat verib.


Administrasiyanın rəisi deyib ki, Ələt limanı beynəlxalq standartlara uyğun olacaq. O bildirib ki, bu, Böyük İpək Yolunun bir hissəsidir, eyni zamanda Bakı-Tiflis-Ceyhan layihəsinin həyata keçirilməsində əsas rollardan birini oynayacaq.

Qüdrət Qurbanov gəmiqayırma zavodunun inşasının da Azərbaycan üçün önəmli olduğunu qeyd edib: “İlkin hesablamalara görə, layihənin dəyəri 300-350 milyon dollar təşkil edəcək. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun ərazisində inşa olunacaq zavodun təxminən 2,5-3 ilə istismara verilməsi nəzərdə tutulur”.


Administrasiya rəisi vurğulayıb ki, regionda ilk belə müasir zavodun yaranması Azərbaycanda və digər Xəzəryanı ölkələrdə yeni gəmilərin tikintisində, eləcə də mövcud gəmilərin təmirində (tankerlər, hərbi gəmilər, sahil təhlükəsizlik gəmiləri, bərələr və yaxtalar) xüsusi əhəmiyyətə malik olacaq: “Zavodun tikintisinin ilkin mərhələsində 1400-1700 yeni iş yerinin açılması nəzərdə tutulub”.
# 720

Oxşar yazılar