Bu gündən Gəncə-Naxçıvan-Gəncə aviareysləri bərpa olunur
0
0
Bu gündən etibarən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Gəncə-Naxçıvan-Gəncə marşrutu üzrə birbaşa sərnişin aviareyslərini bərpa edir. Bu barədə Lent.az-a Naxçıvan Beynəlxalq Hava Limanından məlumat verilib.
28 aylıq fasilədən sonra bu gün ilk reys günorta saatlarında baş tutacaq. Saat 14-də Gəncədən çıxıb, saat 15-də Naxçıvanda olacaq təyyarə saat 16.50-də yenidən Naxçıvandan Gəncəyə yola düşəcək.
Sözügedən marşrut üzrə uçuşlar hər həftənin I, III və V günləri ATR tipli avialaynerlə yerinə yetiriləcək: “Bir istiqamətdə aviabiletin qiyməti 39 manat, Gəncə-Naxçıvan-Gəncə marşrutu üzrə isə müvafiq olaraq 78 manat təşkil edir”.
Xatırladaq ki, əvvəllər həftədə 2 dəfə baş tutan Gəncə-Naxçıvan-Gəncə marşrutu ilə uçuşlar 2007-ci ilin avqust ayında dayandırılmışdı.
Fariz YUNİSLİ

Oxşar yazılar

Qırmızı Ürəklər Fondu Beynəlxalq Xeyriyyəçilik Gününü xüsusi aksiya ilə qeyd edir
5 sentyabr 2025 , 12:05
Azercell Bərdədə yaşlılar üçün kibertəhlükəsizlik təlimi keçdi
4 sentyabr 2025 , 19:40
Bakı ICPC 2025: Kapital Bank qlobal proqramlaşdırma layihəsində iştirak edir
3 sentyabr 2025 , 17:10
ABB müştərilər üçün AniPay inteqrasiyalı yeni QR ödəniş həllini təqdim etdi!
3 sentyabr 2025 , 12:28
Umico Bonus Bir Bonus oldu!
3 sentyabr 2025 , 10:13
Azərbaycanda 10 mindən çox abonentin qazı kəsiləcək
3 sentyabr 2025 , 09:35
akart iki beynəlxalq mükafata layiq görüldü
2 sentyabr 2025 , 13:05