Azərbaycanın simsiz internet bazarına yeni operator gəlir
0
0
Yanvarın 1-dən xidmət göstərməyə başlayacaq
Gələn ili yanvar ayının 1-dən etibarən Delta Telecom mobil “WiMAX” texnologiyası bazasında simsiz internet xidmətlərini göstərməyi planlaşdırır
Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu vaxtadək istifadəçilər tarif paketləri, sürət və mobil “WiMAX” avadanlıqları haqqında tam məlumat alacaqlar.
Şirkətin texniki direktoru Rahid Ələkbərli deyib ki, “Delta Telecom” şirkətinin Azərbaycanda təqdim edəcəyi mobil “WiMAX” üçün tariflər 10 manatdan 100 manata qədər olacaq. Şəbəkənin optimallaşdırılmasına artıq başlanılıb, əhatə dairəsinin genişləndirilməsi istiqamətində də işlər aparılır.
İlk mərhələdə “WiMAX” xidmətləri Bakı və Abşeron yarımadasında göstəriləcək. Şəbəkənin ölkə regionlarını əhatə etməsi də şirkətin əsas məsələlərindəndir. “Delta Telecom” nümayəndəsi şəbəkənin ilkin istismar mərhələsində müəyyən problemlərin ola biləcəyini də istisna etməyib.
Xatırladaq ki, Azərbaycanda “WiMAX” texnologiyası bazasında xidmətlər artıq “AzQtel” şirkəti tərəfindən təqdim olunur.

Oxşar yazılar

Qırmızı Ürəklər Fondu Beynəlxalq Xeyriyyəçilik Gününü xüsusi aksiya ilə qeyd edir
5 sentyabr 2025 , 12:05
Azercell Bərdədə yaşlılar üçün kibertəhlükəsizlik təlimi keçdi
4 sentyabr 2025 , 19:40
Bakı ICPC 2025: Kapital Bank qlobal proqramlaşdırma layihəsində iştirak edir
3 sentyabr 2025 , 17:10
ABB müştərilər üçün AniPay inteqrasiyalı yeni QR ödəniş həllini təqdim etdi!
3 sentyabr 2025 , 12:28
Umico Bonus Bir Bonus oldu!
3 sentyabr 2025 , 10:13
Azərbaycanda 10 mindən çox abonentin qazı kəsiləcək
3 sentyabr 2025 , 09:35
akart iki beynəlxalq mükafata layiq görüldü
2 sentyabr 2025 , 13:05