Naxçıvandan Birləşmiş Ərəb Əmirliklərinə aviareyslər açıla bilər
0
0
Naxçıvan Muxtar Respublikası (NMR) ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında birbaşa aviareyslər təşkil oluna bilər. NMR İqtisadi İnkişaf Nazirliyindən Lent.az-a verilən məlumata görə, BƏƏ-nin paytaxtı Abu-Dabi şəhərində Azərbaycan Respublikası Hökuməti və BƏƏ Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın ikinci iclası çərçivəsində keçirilən görüşlərdə bu və digər sahələrdə əməkdaşlıq imkanlarının araşdırılması barədə ilkin razılıq əldə olunub.
Gələcək əməkdaşlıq proqramı çərçivəsində muxtar respublikadan süfrə mineral sularının ixracı və turizm sahəsində əməkdaşlıq imkanları da araşdırılacaq, Xüsusi İqtisadi Zonaların yaradılması və idarə olunması sahəsində tərəflər arasında məlumat mübadiləsinin aparılacaq.
Qeyd edək ki, komissiyanın iclasında Azərbaycan Respublikasının dövlət rəsmiləri ilə yanaşı, Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf naziri və muxtar respublikanın iş adamlarından ibarət nümayəndə heyəti iştirak edib.
Səfər çərçivəsində Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri iş adamlarının iştirakı ilə biznes-forum da təşkil olunub.
Fariz YUNİSLİ

Oxşar yazılar

Qırmızı Ürəklər Fondu Beynəlxalq Xeyriyyəçilik Gününü xüsusi aksiya ilə qeyd edir
5 sentyabr 2025 , 12:05
Azercell Bərdədə yaşlılar üçün kibertəhlükəsizlik təlimi keçdi
4 sentyabr 2025 , 19:40
Bakı ICPC 2025: Kapital Bank qlobal proqramlaşdırma layihəsində iştirak edir
3 sentyabr 2025 , 17:10
ABB müştərilər üçün AniPay inteqrasiyalı yeni QR ödəniş həllini təqdim etdi!
3 sentyabr 2025 , 12:28
Umico Bonus Bir Bonus oldu!
3 sentyabr 2025 , 10:13
Azərbaycanda 10 mindən çox abonentin qazı kəsiləcək
3 sentyabr 2025 , 09:35
akart iki beynəlxalq mükafata layiq görüldü
2 sentyabr 2025 , 13:05