Ötən il Novorossiysk limanından 2,4 milyon ton neft ixrac olunub
0
0
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 2009-cu ilin dekabr ayında Novorossiysk limanından 139 min 442 ton xam neft ixrac edib. Bütövlükdə isə ötən il ərzində həmin istiqamətdə ixrac olunmuş xam neftin həcmi 2 milyon 479 min 971 ton olub.
ARDNŞ-dən Lent.az-a bildiriblər ki, ötən ilin sonuncu ayında dünya bazarında “Brent” tipli xam neftin 1 bareli 74,28 dollara, Ural nefti 73,88 dollara, BTC FOB Ceyhan tipli xam neftin 1 bareli isə 75,20 dollara satılıb.
ARDNŞ-dən onu da bildiriblər ki, ötən ilin dekabrında 11 min 612 ton avtomobil benzini, 98 min 333 ton dizel yanacağı, 6 min 334 ton təyyarə yanacağı ixrac edilib. Ümumilikdə 2009-cu il ərzində 227 min 184 ton avtomobil benzini, 1 milyon 434 min 962 ton dizel yanacağı, 271 min 727 ton təyyarə yanacağı, 34 min 497 ton soba mazutu xaricə satılıb. 2009-cu ilin dekabr ayında dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) 669,50 dollar, təyyarə yanacağının 646,51 dollar, dizel yanacağının 592,49 dollar, 1 faizli kükürdlü mazutun qiyməti isə 447,46 dollar təşkil edib.
Elxan SALAHOV

Oxşar yazılar

Qırmızı Ürəklər Fondu Beynəlxalq Xeyriyyəçilik Gününü xüsusi aksiya ilə qeyd edir
5 sentyabr 2025 , 12:05
Azercell Bərdədə yaşlılar üçün kibertəhlükəsizlik təlimi keçdi
4 sentyabr 2025 , 19:40
Bakı ICPC 2025: Kapital Bank qlobal proqramlaşdırma layihəsində iştirak edir
3 sentyabr 2025 , 17:10
ABB müştərilər üçün AniPay inteqrasiyalı yeni QR ödəniş həllini təqdim etdi!
3 sentyabr 2025 , 12:28
Umico Bonus Bir Bonus oldu!
3 sentyabr 2025 , 10:13
Azərbaycanda 10 mindən çox abonentin qazı kəsiləcək
3 sentyabr 2025 , 09:35
akart iki beynəlxalq mükafata layiq görüldü
2 sentyabr 2025 , 13:05