İranı Türkmənistanla birləşdirən xətt
0
0
Türkmənistan yeni kəmər vasitəsilə İrana ildə 20 milyard kubmetr qaz satacaq
Bu gün Türkmənistanla İranı birləşdirən Dövlətabad-Seraxs-Xangeran qaz kəmərinin rəsmi açılışı olacaq. Açılış mərasimində Türkmənistan və İran prezidentlərinin iştirakı gözlənilir.
Lent.az-ın məlumatına görə, uzunluğu 30,5 kilometr olan kəmərlə Türkmənistandan İrana il ərzində 20 milyard kubmetr qaz nəql olunacaq. Türkmənistan hökumətinin yaydığı məlumatda bildirilir ki, bu layihə iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına, ikitərəfli və çoxtərəfli tərəfdaşlıq imkanlarının genişlənməsinə, regionda sabitliyə və enerji təhlükəsizliyinə xidmət edəcək.
Xatırladaq ki, bu, Türkmənistanla İranı birləşdirən ikinci qaz xəttidir. İki ölkə arasında ilk qaz kəməri 1997-ci ildə istifadəyə verilib. Uzunluğu 200 kilometr olan xəttin illik ötürmə qabiliyyəti 8 milyard kubmetrdir. İran hər iki boru xətti ilə Türkmənistandan aldığı mavi yanacağı Türkiyəyə ixrac etmək niyyətindədir.
Elxan SALAHOV

Oxşar yazılar

Qırmızı Ürəklər Fondu Beynəlxalq Xeyriyyəçilik Gününü xüsusi aksiya ilə qeyd edir
5 sentyabr 2025 , 12:05
Azercell Bərdədə yaşlılar üçün kibertəhlükəsizlik təlimi keçdi
4 sentyabr 2025 , 19:40
Bakı ICPC 2025: Kapital Bank qlobal proqramlaşdırma layihəsində iştirak edir
3 sentyabr 2025 , 17:10
ABB müştərilər üçün AniPay inteqrasiyalı yeni QR ödəniş həllini təqdim etdi!
3 sentyabr 2025 , 12:28
Umico Bonus Bir Bonus oldu!
3 sentyabr 2025 , 10:13
Azərbaycanda 10 mindən çox abonentin qazı kəsiləcək
3 sentyabr 2025 , 09:35
akart iki beynəlxalq mükafata layiq görüldü
2 sentyabr 2025 , 13:05