Milli üzüm genefondumuz məhv ola bilər
0
0
Qərb bölgəsində yetişdirilən üzüm satılmır
Qərb bölgəsində yetişdirilən üzüm məhsulu satılmır. Hazırda üzüm bağlarının sahəsi 4000 hektardan artıqdır. Bu sahələrdən 1400 hektarı 2009-cu ildə salınıb. Üzüm bağlarından 27700 tondan artıq məhsul götürülüb. Lakin fermerlər əldə olunan məhsulun yarısını sata bilmir. Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə Azərbaycan Dövlət Aqrar Universitetinin üzümçülük kafedrasının müdiri Famil Şərifov məlumat verib.
Mütəxəssisin sözlərinə görə, məhsul satışında problemin müəyyən səbəbləri var. “Yetişdirilən məhsulun satışına mane olan amillərdən biri sahibkarların yerli üzümdən hazırlanan şərabı dünya bazarlarında, xüsusilə də Rusiyada sata bilməməsidir. Sahibkarlar Fransa, İtaliya kimi xarici ölkələrdən gətirilən üzüm sortlarına üstünlük verir. Hətta bu onlara daha baha başa gəlir. Üstəlik əcnəbi üzüm sortları Azərbaycanın iqliminə uyğunlaşa bilmir. Fermerlərin məhsulu kortəbii yetişdirməsi, marketinq araşdırması aparmaması da səbəblərdən biridir. Əcnəbi sortlardan istifadə isə milli üzüm genefondunun məhvinə səbəb ola bilər”, - deyə Famil Şərifov əlavə edib.
Vüsalə Cənnətova

Oxşar yazılar

Qırmızı Ürəklər Fondu Beynəlxalq Xeyriyyəçilik Gününü xüsusi aksiya ilə qeyd edir
5 sentyabr 2025 , 12:05
Azercell Bərdədə yaşlılar üçün kibertəhlükəsizlik təlimi keçdi
4 sentyabr 2025 , 19:40
Bakı ICPC 2025: Kapital Bank qlobal proqramlaşdırma layihəsində iştirak edir
3 sentyabr 2025 , 17:10
ABB müştərilər üçün AniPay inteqrasiyalı yeni QR ödəniş həllini təqdim etdi!
3 sentyabr 2025 , 12:28
Umico Bonus Bir Bonus oldu!
3 sentyabr 2025 , 10:13
Azərbaycanda 10 mindən çox abonentin qazı kəsiləcək
3 sentyabr 2025 , 09:35
akart iki beynəlxalq mükafata layiq görüldü
2 sentyabr 2025 , 13:05