Nəqliyyat məsələləri Avropada çözüləcək
0
0
Azərbaycan nəqliyyatçıları Vyana və Brüsseldə ATƏT və Avropa İttifaqının nümayəndələri ilə bir araya gələcək
Gələn ay Avropanın iki böyük şəhərində beynəlxalq nəqliyyat məsələlərinə dair
Nəqliyyat məsələlərinə dair iki konfrans keçiriləcək. Bu tədbirlərdən biri fevralın 1-2-də Vyanada təşkil olunacaq.
Nəqliyyat Nazirliyindən Lent.az-a bildiriblər ki, müzakirələr ATƏT-in 18-ci İqtisadi və Ətraf Mühit Forumunun və Avropa İttifaqı ilə Azərbaycan arasında Enerji, Nəqliyyat və Ətraf Mühit üzrə Alt Komitənin 5-ci iclası çərçivəsində aparılacaq. Konfransın mövzusu sərhəd keçidlərində səmərəli idarəçiliyin təşviq edilməsi, quru nəqliyyatında təhlükəsizliyin artırılması və ATƏT regionunda avtomobil və dəmir yolu vasitəsi ilə beynəlxalq daşımaların asanlaşdırılmasıdır. Tədbirdə region ölkələrinin nəqliyyat və tranzit siyasəti ilə bağlı məsələlərin müzakirə ediləcəyi gözlənilir.
İkinci tədbir isə fevralın 4-də Brüsseldə keçiriləcək. Avropa İttifaqı ilə Azərbaycan arasında Enerji, Nəqliyyat və Ətraf mühit üzrə Alt Komitənin 5-ci iclasının gündəliyinə bir neçə vacib məsələlər daxil edilib. Tədbirdə Azərbaycanla Avropa İttifaqı arasında Avropa Qonşuluq Siyasəti çərçivəsində qəbul edilmiş Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərə dair görülmüş işlərin, Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti çərçivəsində qeyd olunan məsələlərin müzakirə ediləcəyi gözlənilir.
Xatırladaq ki, hər iki konfransda Nəqliyyat Nazirliyinin nümayəndələri də iştirak edəcək.
Elxan SALAHOV

Oxşar yazılar

Qırmızı Ürəklər Fondu Beynəlxalq Xeyriyyəçilik Gününü xüsusi aksiya ilə qeyd edir
5 sentyabr 2025 , 12:05
Azercell Bərdədə yaşlılar üçün kibertəhlükəsizlik təlimi keçdi
4 sentyabr 2025 , 19:40
Bakı ICPC 2025: Kapital Bank qlobal proqramlaşdırma layihəsində iştirak edir
3 sentyabr 2025 , 17:10
ABB müştərilər üçün AniPay inteqrasiyalı yeni QR ödəniş həllini təqdim etdi!
3 sentyabr 2025 , 12:28
Umico Bonus Bir Bonus oldu!
3 sentyabr 2025 , 10:13
Azərbaycanda 10 mindən çox abonentin qazı kəsiləcək
3 sentyabr 2025 , 09:35
akart iki beynəlxalq mükafata layiq görüldü
2 sentyabr 2025 , 13:05