“Azərenerji”nin prezidentindən açıqlama
0
0
“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev 2010-cu il fevralın 9-da Azərbaycanın enerji sistemində baş verən qəza ilə bağlı fikirlərini açıqlayıb.
“Azərenerji”nin mətbuat xidmətindən “APA-ECONOMICS”ə verilən məlumata görə, E.Pirverdiyev Mingəçevirdən Abşeron yarımstansiyasına gələn xətlərin birində qəza baş verdiyini təsdiqləyib.
Onun sözlərinə görə, gərginlik artdıqdan sonra stansiyaya gələn ikinci xətdə də qəza baş verib: “Həmin xətlər sıradan çıxdıqdan sonra Səngəçal stansiyasından Xırdalan yarımstansiyasına gələn xətlərdə də müəyyən problemlər yaranıb. Bu xətdə iki-üç yerdə yanma qeydə alınıb. Hazırda hər 3 yerdə briqadalar işləyir. Eyni zamanda Mingəçevir xətləri artıq bərpa olunub. Qəza saat 11:57-də baş verib, 6 dəqiqə sonra – saat 12:03-də bərpa edilib”.
“Azərenerji” prezidenti qeyd edib ki, qəzanın baş verməsinin əsas səbəbi bir neçə gün əvvəl respublika ərazisində olan çovğundur. Belə ki, çovğun zamanı “Azərenerji” naqillərin açılmasının qarşısını ala bilsə də, yaranmış zədələnmələri aradan qaldıran zaman ciddi maneələr yaranıb: “1960-cı illərdə tikilən bu xətlərin şəhəri normal enerji ilə təmin etməyə üçün gücü çatmır. Bununla bağlı Asiya İnkişaf Bankı ilə müqavilə imzalanıb. Mingəçevir xətlərinin davamı kimi iki xəttin tikilməsi nəzərdə tutulub. Bu xətləri çəkməyimiz böyük problemdir, xətt çəkmək üçün yol yoxdur. Hətta xətlərin altı tutulub. Üç gün əvvəlki qəzaların aradan qaldırılmasında, qəzaların və gecikmələrin baş verməsində ən böyük səbəblərindən biri bizim xətlərə yanaşa bilməməyimizdir”.

Oxşar yazılar

Qırmızı Ürəklər Fondu Beynəlxalq Xeyriyyəçilik Gününü xüsusi aksiya ilə qeyd edir
5 sentyabr 2025 , 12:05
Azercell Bərdədə yaşlılar üçün kibertəhlükəsizlik təlimi keçdi
4 sentyabr 2025 , 19:40
Bakı ICPC 2025: Kapital Bank qlobal proqramlaşdırma layihəsində iştirak edir
3 sentyabr 2025 , 17:10
ABB müştərilər üçün AniPay inteqrasiyalı yeni QR ödəniş həllini təqdim etdi!
3 sentyabr 2025 , 12:28
Umico Bonus Bir Bonus oldu!
3 sentyabr 2025 , 10:13
Azərbaycanda 10 mindən çox abonentin qazı kəsiləcək
3 sentyabr 2025 , 09:35
akart iki beynəlxalq mükafata layiq görüldü
2 sentyabr 2025 , 13:05