Çimərlikləri çirkləndirənlər cərimələndi
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə Binəqədi rayonunun Xəzər sahili ərazilərində apardığı reydlərin nəticələrini açıqlayıb. Bərk məişət tullantılarının qanuna müvafiq qaydada idarə olunması vəziyyətini yoxlamaq məqsədilə keçirilən reydlər bir neçə gün davam edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, yoxlama zamanı rayonun Xəzər sahili ərazilərində məişət tullantılarının dənizə atıldığı üzə çıxıb. Belə ki, Novxanı çimərliyində bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə “Abşeron” istirahət mərkəzinin, “Vüsal” və “Barbados” iaşə obyektlərinin iş icraçıları fiziki şəxs qismində cərimə olunub. İnzibati qaydada müəyyən edilən cəza tədbirləri nəticəsində həmin icraçıların hər birinə qarşı 500 manat cərimə tətbiq olunub.
Bundan başqa, Goradil, Fatmai çimərliklərində dəniz sahillərini çirkləndirdiyinə görə, iş icraçıları da 500 manat məbləğində cərimələnib. Xəzər sahili ərazidə fəaliyyət göstərən “Palm Beach” iaşə obyektində formalaşan bərk məişət tullantılarının müvafiq qaydada idarə olunması üçün verilmiş “məcburi göstəriş”in icra edilmədiyinə görə iş icraçısı 600 manat məbləğində cərimə ödəməli olacaq.
Elxan SALAHOV

Oxşar yazılar
Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
15 iyul 2025 , 16:59
Xırdalan şəhərinin işığı kəsiləcək
15 iyul 2025 , 16:16
"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34
Azercell-dən “Premium” tarif istifadəçilərinə 6 aylıq pulsuz “Wolt+” abunəliyi!
14 iyul 2025 , 12:55
Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb
14 iyul 2025 , 11:36
"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29