Ünvan reyestrinin yaradılması reallaşır
Əmlak Məsələləri Dövlət Komitəsi Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) dəstəyi ilə Qubada “Daşınmaz Əmlakın Kadastrı və Qeydiyyatı” mövzusunda seminar keçirib. Tədbirdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq regional ərazi idarələrinin əməkdaşları iştirak ediblər.
Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, seminarda GTZ-nin layihə rəhbəri cənab Vulf Şmider daşınmaz əmlakın qeydiyyatı və kadastrı ilə bağlı müxtəlif mövzularda çıxış edib. O, Avropanın inkişaf etmiş ölkələrində, o cümlədən Almaniyada daşınmaz əmlakın qeydiyyatı sisteminin yaranma tarixi, daşınmaz əmlak qeydiyyatının qaydaları və onun aparılması, bu sahədə əldə edilmiş nailiyyətlər və tətbiq edilən yeniliklərdən danışıb.
Seminarda həmçinin ayrı-ayrı ölkələrin təcrübələri əsasında daşınmaz əmlakın vahid kadastrının yaradılmasının əsas məqsədləri, kadastra daxil olan komponentlər, kadastr məlumatlarından istifadə qaydaları və istiqamətləri, kadastrın hazırlanması və aparılması texnologiyalarının təkmilləşdirilməsinin əsas istiqamətləri və digər məsələlər müzakirə edilib.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən vahid kadastrın tərkib hissəsi kimi “Almaniyada daşınmaz əmlakın ünvan qeydiyyatı” mövzusunda da növbəti seminar keçirilib. Tədbirdə Almaniya Federativ Respublikasında daşınmaz əmlak obyektlərinin ünvan qeydiyyatının aparılması qaydaları, ünvanlarla bağlı əsas məlumat mənbələri haqqında ətraflı məlumat verilib. Seminarın gedişində ölkəmizdə daşınmaz əmlak obyektlərinə ünvanların verilməsinin təkmilləşdirilməsi zamanı Almaniyada toplanılmış təcrübədən yararlanmaq imkanları barədə fikir mübadiləsi aparılıb.
Hər iki seminarın sonunda iştirakçılara sertifikatlar paylanıb.
Elxan SALAHOV

Oxşar yazılar

Azərbaycanın bu ərazilərində işıq olmayacaq
4 avqust 2025 , 09:27
Emin Ağalarov kazino açmasına görə tənqidlərə cavab verib
3 avqust 2025 , 12:13
Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracı başladı -YENİLƏNİB
2 avqust 2025 , 11:54
“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir
1 avqust 2025 , 14:47
Sabah Bakının bu rayonunda qaz kəsiləcək
31 iyul 2025 , 19:54
Sabit tarifin tətbiq olunması nə vəd edir? - ARAŞDIRMA
31 iyul 2025 , 18:49
Sürücülərin NƏZƏRİNƏ: Bakı-Qazax yolunda hərəkət məhdudlaşır
31 iyul 2025 , 17:31