İyulun enerji statistikası açıqlandı
Lent.az-ın “Azərenerji” ASC-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövründəki istehlakdan 11 faizə yaxın çoxdur.
Ümumi ödəniş isə 87 faizdən artıq olub. Nəticədə ötən ilin eyni dövrü ilə müqayisədə ümumi ödənişdə mütləq artım 5 faizə çatıb. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə isə istehlak 176,8 milyon kilovatsaata yaxın olub. Ödəniş isə ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz mütləq artaraq 84 faizə qalxıb.
İyul ayında ümumi ödəniş üzrə ən yüksək göstərici Sumqayıt Şəhər Elektrik Şəbəkəsində
(ŞEŞ) (ötən ayların debitor borcu nəzərə alınmaqla 104,5%), ən aşağı isə Sabirabad Paylayıcı Elektrik Şəbəkəsində (PEŞ) (51%) qeydə alınıb. Daimi əhali istehlakçı qrupu üzrə ödənişdə isə ən yüksək göstərici Qobustan PEŞ-də (ötən ayların debitor borcu nəzərə alınmaqla 114,5%), ən aşağı göstərici isə Masallı PEŞ-də (51,4%) olub.
Ümumilikdə, ilin ötən 7 ayı ərzində 3,7 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilib, ümumi ödəniş 90 faizə yaxın olub. Ötən ilin eyni dövrü ilə müqayisədə istehlak 51,1 milyon kilovatsaatdan çox artıb, ödənişdə mütləq artım 6 faizə çatıb. Daimi əhali istehlakçı qrupunda isə istehlak 1,4 milyard kilovatsaata yaxın olub. Ödəniş isə ötən ilin eyni dövrü ilə müqayisədə mütləq 2 faiz artaraq 77 faizə yüksəlib.
Yeri gəlmişkən, cari ilin ötən 7 aylıq yekununda ümumi ödənişə görə ən yüksək göstərici Sumqayıt ŞEŞ-də, ən aşağı isə Sabirabad PEŞ-də qeydə alınıb. Bu müəssisələrdə ümumi ödəniş müvafiq olaraq 142,3 (ötən ayların debitor borcu nəzərə alınmaqla) və 49,2 faiz olub. Daimi əhali istehlakçı qrupu üzrə ən yüksək göstərici Şirvan ŞEŞ-də (ötən ayların debitor borcu nəzərə alınmaqla 109,2%), ən aşağı isə Sabirabad PEŞ-də (40,2%) qeydə alınıb.

Oxşar yazılar
Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
15 iyul 2025 , 16:59
Xırdalan şəhərinin işığı kəsiləcək
15 iyul 2025 , 16:16
"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34
Azercell-dən “Premium” tarif istifadəçilərinə 6 aylıq pulsuz “Wolt+” abunəliyi!
14 iyul 2025 , 12:55
Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb
14 iyul 2025 , 11:36
"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29