13 mağazada yararsız məhsul aşkarlandı - SİYAHI
Yoxlama zamanı 380 kiloqrama yaxın saxta mallar məhv edilib
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin ticarət mərkəzlərində apardığı monitorinqlərin nəticəsini açıqlayıb. Bu dəfə yoxlamalar Bakı şəhərində, Qax və Xaçmaz rayonlarında aparılıb.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, monitorinq zamanı 13 mağazanın hər birində istifadə müddəti ötmüş yararsız məhsullar aşkarlanıb. Mağazaların böyük əksəriyyəti yenə də paytaxt Bakının payına düşür. Həmin mağazaların siyahısı və yerləşdiyi ünvanlar belədir:
Bakının Binəqədi rayonunda:
- C.Xəndan küçəsi, ev 1A ünvanında Musa İsayevə məxsus mağazada;
- 9-cu mikrorayon, A.Məmmədov küçəsi, ev 81 ünvanında Emil Əşrəfova məxsus mağazada;
- Biləcəri qəsəbəsi, 5057/68-ci məhəllədə yerləşən “Murad market”də;
- Dairəvi küçəsi, ev 64 ünvanında Nizami Qasımova məxsus mağazada;
Nəsimi rayonunda:
- A.Mustafayev küçəsi, ev 15, mənzil 2 ünvanında Xəqani Hüseynova məxsus mağazada;
- A.Mustafayev küçəsi, ev 23, mənzil 46 ünvanında İlham İskəndərova məxsus ərzaq mağazasında;
- A.Mustafayev küçəsi, ev 21, mənzil 16 ünvanında Mahir Allahverdiyevə məxsus mağazada;
- A.Mustafayev küçəsi, ev 21, mənzil 46 ünvanında Elçin Sərdarova məxsus ərzaq mağazasında;
Səbail rayonunda:
- Xanlar küçəsində yerləşən “Sizin market”də;
Yasamal rayonunda:
- D.Bünyadzadə küçəsi, ev 1 ünvanında Hüseyn Mikayılova məxsus mağazada;
Sabunçu rayonunda:
- Bakıxanov qəsəbəsi, M.Gəncəvi küçəsi, ev 19 ünvanında Əkbər Qafarova məxsus mağazada;
Qax şəhərində:
- Azərbaycan küçəsində Sevda Əminovaya məxsus ərzaq mağazasında;
Xaçmaz rayonunda:
- Yeni Həyat qəsəbəsində Məhəmməd Kibarova məxsus mağazada.
Monitorinq zamanı ümumi çəkisi 380 kiloqrama yaxın saxlama müddəti ötmüş və etiketlənməsi normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq məhsulları satışdan çıxarılıb. Kolbasa məmulatları, makaron və un məmulatları, süd və süd məhsulları, qənnadı məmulatları, bal, yağlar, konservləşdirilmiş məhsullar, quru meyvələr, pivə, mineral sular, sərinləşdirici içkilər, şirələr, uşaq yeməkləri və digər məhsullardan ibarət saxta məhsulların hamısı məhv edilib.
Elxan SALAHOV

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28