Respublika Baytarlıq Laboratoriyasına yeni direktor təyin edilib
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) Respublika Baytarlıq Laboratoriyasına yeni direktor təyin edilib. Bu gün DBX-də yeni direktorun təqdimat mərasimi keçirilib.
DBX-nin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, tədbirdə qurumun rəisi Sialə Rüstəmova giriş sözü ilə çıxış edib. O, qeyd edib ki, kənd təsərrüfatı nazirinin mayın 6-da imzaladığı əmrlə Füzuli Yəhya oğlu Quliyev Respublika Baytarlıq Laboratoriyasına direktor təyin edilib. DBX-nin rəisi bildirib ki, Füzuli Quliyev 13 il Respublika Baytarlıq Laboratoriyasında çalışıb, xeyli təcrübə toplayıb və üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlib.
Çıxışının sonunda Sialə Rüstəmova laboratoriyanın yeni direktorunun baytarlıq xidmətinin kollektivi ilə əl-ələ verib birgə işləyəcəyinə, bu sahənin inkişafı naminə bacarığını əsirgəməyəcəyinə əminliyini ifadə edib. Sonda o, yeni direktoru uğurlar diləyib.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəis müavini Emin Şahbazov, sektor müdiri Ramiz Salmanov və digərləri çıxış edərək Füzuli Quliyevə xidməti fəaliyyətində uğurlar və müvəffəqiyyətlər arzulayıblar.
Xatırladaq ki, bir müddət əvvəl Kənd Təsərrüfatı nazirinin əmri ilə Dövlət Baytarlıq Xidmətinin rəisi İsmayıl Həsənov işdə yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib. Nazirin digər əmri ilə onun yerinə Respublika Baytarlıq Laboratoriyasının direktoru Sialə Rüstəmova gətirilib. Sialə Rüstəmovanın laboratoriyadakı vəzifəsi isə Füzuli Quliyevə həvalə olunub.
Elxan SALAHOV

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28