Nəqliyyat Nazirliyi yolları seldən qorumaq üçün səfərbər olunub
Fəlakət bölgəsində magistral yolların dağılmasının qarşısını almaq üçün Bakıdan əlavə texnika və canlı iş qüvvəsi göndərilib
Mil-Muğan bölgəsində baş verən subasma nəticəsində Şirvan, İmişli, Sabirabad rayonlarında və yaxın ərazilərdən keçən magistral avtomobil yolları dağılma təhlükəsi ilə üzləşib. Bu səbəbdən də Nəqliyyat Nazirliyi yolların subasmadan qorunması məqsədilə gücləndirilmiş iş rejimində işləyir.
Nazirliyin mətbuat katibliyindən Lent.az-a bildiriblər ki, hazırda Yol-İstismar idarələri sel sularının yaratdığı fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Həmçinin Bakıdan göndərilmiş texnika və işçi qüvvəsinin köməkliyi ilə Şirvan, İmişli, Sabirabad rayonlarında, ətraf ərazilərdə su altında qalmış, sıradan çıxmış avtomobil yollar təmir edilir, alternativ yollar salınır. Belə ki, Padar istiqamətində yeni salınmış 19 kilometrlik yol avtomobillərin hərəkətinin bərpa edilməsi üçün əhəmiyyətli rol oynayır.
Nazirlikdə bildirirlər ki, bu gün Sabirabad rayonu ərazisində 12 kilometrlik Həşimxanlı-Qaratəpə yolunun gediş-gəliş üçün normal vəziyyətə gətirilməsi gözlənilir. İşlərin sürətləndirilməsi məqsədilə əlavə olaraq Bakıdan hər gün, təxminən, 15-20 maşın yük aparılır.
Hazırda Nəqliyyat Nazirliyinin müvafiq qurumları və strukturları təbii fəlakət zonasında 3 növbəli iş rejimini davam etdirir. Bir neçə gün ərzində Saatlı rayonu ərazisində 16 kilometrlik Musalı-Məzrəli avtomobil yolunun 6 kilometri artıq bərpa edilib. Həmçinin Hacıqabul-Bəhramtəpə yolunun 68-ci kilometrliyində yerləşən körpü avtomobillərin və insanların intensiv hərəkətini nəzərə alaraq, həmçinin yüklərin daşınmasını təmin etmək məqsədilə müvəqqəti olaraq açılıb. Əsas məqsəd əhalinin və ətraf kəndlərin təhlükəsizliyini qorumaq, həmçinin magistral yolların sel suları tərəfindən yuyulmasının qarşısını almaqdır.
Elxan SALAHOV

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28