4 ayda 620 ton yarasız ərzaq, 239,6 ton qeyri-ərzaq malları satışdan çıxarılıb
Gəncədə “İstehlakçı hüquqlarının qorunmasında sahibkarların vəzifələri” mövzusunda konfrans keçirilib
Bu ilin yanvar-aprel ayları ərzində Dövlət Xidməti tərəfindən mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun etiketlənməmiş 620 ton müxtəlif növ ərzaq məhsulları satışdan çıxarılıb. Bu məhsulların 112,7 tonu məhv edilib, 30,3 tonu təkrar emala göndərilib, 262 tonu normativ-texniki sənədlərin tələblərinə uyğun etiketləndikdən sonra satışa qaytarılıb və 215 tonu ilə bağlı araşdırmalar davam etdirilir.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, bu barədə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin Gəncədə “İstehlakçı hüquqlarının qorunmasında sahibkarların vəzifələri” mövzusunda keçirdiyi konfransda məlumat verilib. Xidmətinin rəisi Zahid İsayev konfransdakı çıxışında deyib ki, yanvar-aprel ayları ərzində aparılan yoxlamalarda yararsız və saxta olduğuna görə 239,6 ton qeyri-ərzaq malları satışdan çıxarılıb. Bu malların 12,4 tonu məhv edilib, 212,7 tonu müvafiq qaydada etiketləndikdən sonra satışa qaytarılıb, 14,5 tonu isə araşdırmalar üçün məsul saxlamaya verilib. Onun sözlərinə görə, ötən dövrü ərzində qanun pozuntusuna yol vermiş sahibkarlıq subyektləri barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, ümumilikdə 472 qərar qəbul olunub və inzibati xətaya yol vermiş şəxslər 726,4 min manat məbləğində cərimə edilib.
Konfransda Kəpəz rayon İcra Hakimiyyətinin başçısı Çingiz Muxtarov, Səhiyyə Nazirliyinin Gəncə Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Asim Kazımov, Gəncə Sahibkarlar Assosiasiyasının prezidenti Samir Heydərov və ictimai təşkilatların nümayəndələri çıxış edərək mövcud problemlərin aradan qaldırılması məqsədilə inzibati tədbirlərlə yanaşı, istehlakçılar və sahibkarlar arasında təbliğat-təşviqat və maarifləndirmə işlərinin genişləndirilməsinin zəruriliyini vurğulayıblar.
Elxan SALAHOV

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28