Bakının su infrastrukturu yenilənir
“Azərsu” Oğuz–Qəbələ-Bakı kəməri vasitəsilə gələn suyun paytaxt ərazisində bərabər şəkildə paylamağa hazırlaşır
Paytaxt əhalisini içməli su ilə təmin edəcək Oğuz–Qəbələ-Bakı su kəmərinin tikintisi başa çatmaq üzrədir. Artıq kəmər vasitəsilə Bakının içməli su şəbəkəsinə daxil olacaq suyun qəbul edilməsi və bərabər şəkildə paylanması üçün paytaxtın su sistemində əsaslı bərpa işlərirnə də başlanıb.
”Azərsu” Səhmdar Cəmiyyətindən Lent.az-a bildiriblər ki, hazırda paytaxtın bir çox yerlərində yeni su anbarları, nasos stansiyaları tikilir, anbarlararası yeni əlaqələndirici xətlər çəkilir. Oğuz-Qəbələ-Bakı su kəməri ilə gələn suyun Bakının bütün ərazisinə bölüşdürülməsi üçün Hövsanda və Qaraçuxurda irihəcmli anbarlar tikilir.
Səhmdar Cəmiyyətdə deyirlər ki, Hövsan qəsəbəsi yaxınlığında 2 ədəd belə anbarın inşası artıq başa çatıb. Bu anbarların hər birinin tutumu 10 min kubmetrdir. Həmçinin Qaraçuxurdakı mövcud su anbarı da əsaslı təmir olunub. Üstəlik Qaraçuxur su anbarlarından 8 kilometr 200 metr uzunluğunda yeni boru xətti çəkilib. Yeni Suraxanı və Hövsan qəsəbələri içməli su ilə məhz bu anbarlar vasitəsilə təchiz ediləcək. Anbardan Yeni Suraxanı qəsəbəsinə 4 kilometr 500 metr uzunluğunda yeni xəttin çəkilişi başa çatıb. Hazırda Hövsan qəsəbəsinə uzanan 500 millimetr diametrli daha bir xəttin çəkilişi davam edir.
Elxan SALAHOV

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28