Goranboyun bir hissəsini alıb Naftalana verdilər
Milli Məclisin bu gün keçirilən iclasında Goranboy rayonunun və Naftalan şəhərinin inzibati ərazi bölgüsünə dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi müzakirə olunub. Lent.az-ın xəbərinə görə, layihə haqqında Regional Məsələlər Komitəsinin sədr müavini Tahir Rzayev məlumat verib.
Müzakirələr zamanı çıxış edən millət vəkili Gültəkin Hacıbəyli son illərdə Naftalana edilən qayğıdan danışıb. O bildirib ki, son 3-4 ay ərzində həyata keçirilən işlər rayonun inkişafına böyük təsir göstərib: “Lakin rayonun ərazisinin məhdud olması yeni obyektlərin tikilməsinə mane olur. Goranboyun Naftalana yaxın əraziləri var ki, onlar Naftalana verildikdən sonra rayonun ərazisində daha yüksək nəticələr əldə olunacaq”.
Daha sonra çıxış edən millət vəkili Nəsib Nəsibli “rayon” sözü ilə bağlı etirazlarını ifadə edib. O bildirib ki, Azərbaycanda “qəza”, “mahal” sözlərlə yanaşı “bölgə” ifadəsi var ki, “rayon” onlarla əvəz edilə bilər.
Müzakirələrdən sonra layihə qəbul olunub. Qanuna əsasən Goranboyun bəzi əraziləri Naftalana verilib.
Pərvin ABBASOV

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28