Təbii fəlakət zamanı Azərbaycanla Yunanıstan bir-birinə kömək edəcək
Bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib. Lent.az-ın məlumatına görə, iclas Milli Məclis Sədrinin müavini, komitənin sədri Valeh Ələsgərovun sədrliyilə olub.
Deputatlar “Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında təbii fəlakətlərin və texnogen qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsini müzakirə ediblər.
Bildirilib ki, bu ilin fevralında Afina şəhərində imzalanmış sənəddə hər iki ölkə arasında fövqəladə hallar üzrə əməkdaşlıq formaları, qarşılıqlı yardım dəstələrinin sərhəd keçmə prosedurları, informasiya mübadiləsi və digər məsələlər öz əksini tapıb.
Müzakirələrdə komitə üzvləri fövqəladə hallar zamanı dost ölkələrin bir-birinə dəstək verməsinin yüksək dəyər olduğunu qeyd ediblər. Sənədin yekdilliklə Milli Məclisin plenar iclasının müzakirəsinə çıxarılması barədə qərar qəbul olunub.

Oxşar yazılar

Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28
“Azərbaycan Uşaq Qaynar Xətti” 2025-ci ilin ilk yarısında 2173 müraciət qeydə alıb
16 iyul 2025 , 11:23Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
15 iyul 2025 , 16:59
Xırdalan şəhərinin işığı kəsiləcək
15 iyul 2025 , 16:16
"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34