Azərbaycanla Türkiyə qaz anlaşması imzalayacaq
“Şahdəniz-1” və “Şazdəniz-2” layihəlri ilə bağlı razılıq əldə olunub
7-8 iyun tarixlərində İstanbulda qaz anlaşma imzalanacaq.
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyənin enerji və təbii qaynaqlar naziri Taner Yıldız deyib ki, Azərbaycanla Türkiyə arasında Türkiyəyə satılan qazın qiyməti və Türkiyə üzərindən ötürüləcək qazın tranzit xərcləri ilə bağlı problemlər həllini tapıb.
Taner Yıldız “Şahdəniz-2” layihəsi ilə bağlı anlaşmanın Azərbaycan prezidenti İlham Əliyev və Rusiyanın baş naziri Vladimir Putinin iştirakı ilə imzalanacağını söyləyib. Layihə 2016-2017-ci ildə “Şahdəniz” yatağından çıxarılacaq qazın həm Türkiyə, həm də Türkiyə üzərindən Avropaya nəqlini nəzərdə tutur: “Bu, bölgəmizdə ən önəmli anlaşmalardan biri olacaq”.
Türkiyənin enerji və təbii qaynaqlar naziri “Şahdəniz-1” layihəsi çərçivəsində çıxarılan qazın qiyməti və bölüşdürülməsi ilə məsələnin də gündəmə gələcəyini söyləyib: “2011 və sonrakı illər üçün qazla bağlı bir sıra məsələlərdə tam razılığa gəlinib. Azərbaycanlı qardaşlarımızla əməkdaşlığımızın yeni enerji layihələri ilə inkişaf etdirilməsi gündəmə gələcək. Bu məsələdə hər hansı problemin ortaya çıxacağını düşünmürəm”.

Oxşar yazılar

Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28
“Azərbaycan Uşaq Qaynar Xətti” 2025-ci ilin ilk yarısında 2173 müraciət qeydə alıb
16 iyul 2025 , 11:23Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
15 iyul 2025 , 16:59
Xırdalan şəhərinin işığı kəsiləcək
15 iyul 2025 , 16:16
"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34