BP-nin iflası gündəmə gəldi
Səhmlərin qiyməti sürətlə düşür, ancaq tələsik açıqlama yayan şirkət hələ də maliyyə durumunun güclü iddia etdi
Meksika körfəzində baş verən qəzadan 1,5 ay sonra ilk dəfə Böyük Britaniyanın nəhəng neft şirkəti olan BP-nin iflas riski gündəmə gəlib. Lent.az-ın “Fortuna” dərgisinə istinadən verdiyi məlumata görə, bu dərgiyə açıqlama verən tanınmış neft mütəxəssisi Matt Simmons BP-nin 1 ay ərzində iflas edə biləcəyini söyləyib.
O deyib ki, Meksika körfəzindəki quyudan sızan nefti təmizləmək üçün milyardlarla dollar lazımdır, digər tərəfdən, şirkət ABŞ hökuməti tərəfindən qanuni yollarla maliyyə cəzasına məruz qalacaq. BP təxminən 28 milyard dollar ziyan çəkəcək. Matt Simmons bunun qarşılığında BP-nin iflasının qaçılmaz olacağı qənaətindədir.
Bu gün Nyu-York birjasında BP-nin səhmləri 15 faiz qiymətdən düşüb. Bu, son 14 ildə qeydə alınan ən aşağı göstəricidir. BP şirkəti isə bu gün tələsik açıqlama yayıb və şirkətin iflası üçün əsaslı səbəb olmadığını, Meksika körfəzində baş verən qəza və onun nəticələrini aradan qaldıracaq potensialda olduğunu vurğulayıb.
Qeyd edək ki, BP Azərbaycanda əsas neft müqavilələrinin və BTC-nin operatorudur.

Oxşar yazılar

Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28
“Azərbaycan Uşaq Qaynar Xətti” 2025-ci ilin ilk yarısında 2173 müraciət qeydə alıb
16 iyul 2025 , 11:23Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
15 iyul 2025 , 16:59
Xırdalan şəhərinin işığı kəsiləcək
15 iyul 2025 , 16:16
"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34