Qax və Zaqatala şəhərlərinin inzibati ərazisi böyüdülür
Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib. Lent.az-ın məlumatına görə, Komitə sədri Arif Rəhimzadə bildirib ki, iclasın gündəliyinə Qax və Zaqatala rayonlarının inzibati ərazi bölgülərində qismən dəyişikliklər edilməsi haqqında qanun layihələri təqdim edilib.
Milli Məclis Aparatının İnzibati ərazi və bələdiyyə məsələləri üzrə qanunvericilik sektorunun müdiri Aqşin Məmmədzadə hər iki sənəd barədə məlumat verib. Bildirilib ki, Qax şəhər inzibati ərazi dairəsi tərkibindəki Qax şəhəri ilə həmsərhəd olan Əmircan, Qum, İngiloy və Qaxbaş kəndlərində torpaqların bir hissəsinin şəhərin inzibati ərazisinə verilməsi nəzərdə tutulur. İclasda qeyd olunub ki, həmin ərazilərdəki torpaq sahələrinin bir qismi dövlət mülkiyyətinə, qalan hissəsi isə xüsusi mülkiyyətə aiddir və bu ərazilərin Qax şəhərinin tərkibinə daxil edilməsi əhali tərəfindən razılıqla qarşılanıb.
İclasda o da bildirilib ki, Zaqatala şəhər inzibati dairəsi tərkibindəki Zaqatala şəhəri ilə həmsərhəd olan Aşağı Tala, Car, Zilban, Göyəm, Kebeloba, Yuxarı Tala kəndlərindəki dövlət, bələdiyyə və xüsusi mülkiyyətə aid olan torpaq sahələrinin bir qisminin Zaqatala şəhər inzibati ərazisinə daxil edilməsi nəzərdə tutulur. Bununla yanaşı rayonun Qazangül qəsəbəsinin ərazisi də Zaqatala şəhər inzibati ərazisinə birləşdiriləcək və həmin qəsəbə Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılacaq.
Müzakirələr zamanı deputatlar bu dəyişikliklərin həmin yerlərin inkişafına, yeni infrastrukturun yaradılmasına və əhalinin sosial vəziyyətinin yaxşılaşmasına xidmət edəcəyini vurğulayıblar.
Hər iki layihə Milli Məclisin müzakirəsinə tövsiyə olunub.

Oxşar yazılar

Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28
“Azərbaycan Uşaq Qaynar Xətti” 2025-ci ilin ilk yarısında 2173 müraciət qeydə alıb
16 iyul 2025 , 11:23Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
15 iyul 2025 , 16:59
Xırdalan şəhərinin işığı kəsiləcək
15 iyul 2025 , 16:16
"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34