Əmanətlərin qaytarılmasına dair sənəd hazırlanıb
Layihəyə əsasən, batmış əmanətin 3 rubla 1 manat nisbətində qaytarılmasını nəzərdə tutur
Azərbaycanda sovet banklarında qalmış əmanətlərin sahiblərinə qaytarılması ilə bağlı qanun layihəsi hazırlanıb. Sənəd vəsaitlərin 6 il müddətində 3 mərhələdə sahiblərinə qaytarılmasını nəzərdə tutur.
Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Əli Məsimli Lent.az-a bildirib ki, layihə yaxın vaxtlarda Milli Məclisdə müzakirəyə çıxarılacağı gözlənilir. Onun sözlərinə görə, artıq sənəd parlamentdə yaradılmış işçi qrupa təqdim olunub.
Əli Məsimli deyir ki, əhalinin sovet banklarında batmış əmanətlərinin qaytarılmasının hüquqi bazasını təşkil edən bu sənəd MDB məkanında hazırlanmış ən mükəmməl qanun layihəsi sayıla bilər. Onun sözlərinə görə, Azərbaycan batmış əmanətlərin qaytarılması ilə bağlı Litva modelinə üstünlük verib. Layihəyə əsasən, batmış əmanətin 3 rubla 1 manat nisbətində qaytarılmasını nəzərdə tutur. Bu vəsaitin ödənilməsi üçün isə təxminən 1,1 milyard manata ehtiyac olacaq.
Elxan SALAHOV

Oxşar yazılar

Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28
“Azərbaycan Uşaq Qaynar Xətti” 2025-ci ilin ilk yarısında 2173 müraciət qeydə alıb
16 iyul 2025 , 11:23Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
15 iyul 2025 , 16:59
Xırdalan şəhərinin işığı kəsiləcək
15 iyul 2025 , 16:16
"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34