Azərbaycan Suriyaya qaz ixrac edəcək
Artıq 2011-ci ilin ortalarından etibarən Suriya Azərbaycan qazının idxalına başlayacaq.
«APA-ECONOMICS»in məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Suriyanın neft və mineral ehtiyatlar naziri, Suriya-Azərbaycan hökumətlərarası komissiyanın həmsədri Sufian əl-Allao bildirib.
Nazirin sözlərinə görə, hazırda Türkiyə ilə Suriya arasında kəmərlərin birləşdirilməsi prossesi həyata keçirilir və bu işlər başa çatdıqdan sonra Azərbaycan qazının Suriyaya ixracı başlanacaq: «Azərbaycan qazının Suriyadan digər ərəb ölkələrinə, həmçinin Aralıq dənizi sahillərindən Avropaya nəqli həyata keçirilə bilər».
Suriyanın Azərbaycan qazının idxalı və tranzitində maraqlı olduğunu bildirən nazir onu da qeyd edib ki, artıq Azərbaycan və Suriya arasında lazımi sənədlər imzalanıb.
Xatırladaq ki, ilkin mərhələdə Azərbaycandan Suriyaya ildə 1 mlrd. kubmetr həcmində təbii qazın ixracı planlaşdırılır.

Oxşar yazılar

Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28
“Azərbaycan Uşaq Qaynar Xətti” 2025-ci ilin ilk yarısında 2173 müraciət qeydə alıb
16 iyul 2025 , 11:23Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
15 iyul 2025 , 16:59
Xırdalan şəhərinin işığı kəsiləcək
15 iyul 2025 , 16:16
"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34