“SOCAR-TURCAS” Birgə Müəssisəsinə lisenziya verildi
Zavod ildə 10 milyon ton emal gücünə malik olacaq
Türkiyədə fəaliyyət göstərən “SOCAR-TURCAS” Birgə Müəssisəsi tərəfindən İzmirin Əliağa bölgəsində inşa edilməsi planlaşdırılan yeni neft emalı zavodu layihəsi ilə əlaqədar işlər artıq növbəti mərhələyə qədəm qoyur.
Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumu (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) bununla əlaqədar “SOCAR-TURCAS” Birgə Müəssisəsinə müvafiq lisenziya verib.
Qeyd etmək lazımdır ki, lisenziyanın alınması üçün quruma 2008-ci ilin dekabrında müraciət edilib. Qazanılmış uğurlar barədə məlumat verən “SOCAR-TURCAS” Birgə Müəssisəsinin icraçı direktoru və “Petkim”in İdarə heyətinin üzvü Kənan Yavuz bildirib ki, türk sənayesi və idxalatında böyük əhəmiyyətə malik layihə əsasında qurulacaq zavod ildə 10 milyon ton emal gücünə malik olacaq. Yeni zavodun tikintisi dövründə burda 7-10 min, fəaliyyətə başladıqdan sonra isə min nəfər çalışacaq. O vurğulayıb ki, Əliağa bölgəsində yeni neft emalı zavodunun inşası üzrə aparılan fəaliyyət bundan sonra da planauyğun şəkildə müvəffəqiyyətlə davam etdiriləcək.

Oxşar yazılar

Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28
“Azərbaycan Uşaq Qaynar Xətti” 2025-ci ilin ilk yarısında 2173 müraciət qeydə alıb
16 iyul 2025 , 11:23Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
15 iyul 2025 , 16:59
Xırdalan şəhərinin işığı kəsiləcək
15 iyul 2025 , 16:16
"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34