Azərbaycan Suriyaya qaz satacaq
İki ölkənin hökumətləri bu barədə razılıq əldə edib
Bu gün Bakıda Suriya və Azərbaycan hökumətləri arasında iqtisadi, elmi, texniki və mədəni sahələrdə əməkdaşlıq protokolu imzalanıb. Niyyət protokolu iki ölkə arasında 19 müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Lent.az-ın məlumatına görə, imzalanma mərasimindən sonra kənd təsərrüfatı naziri, hökumətlərarası birgə komissiyanın üzvü İsmət Abbasov bildirib ki, niyyət protokolu iqtisadi ticarət, təhsil, səhiyyə, rabitə və informasiya texnologiyaları, mədəniyyət, kənd təsərrüfatı sahələrini əhatə edir.
Protokol çərçivəsində əldə edilmiş digər razılaşmaya əsasən, Azərbaycan gələn ildən Suriyaya təbii qaz ixrac edəcək. İsmət Abbasov bildirib ki, 20 illik çərçivə razılaşması 1-1,5 milyard kubmetr qaz alqı-satqısını nəzərdə tutur. Suriyaya satılacaq qazın qiyməti isə neftin qiymət normativləri əsasında müəyyən ediləcək.
Artıq bununla bağlı Suriya hökuməti ilə ARDNŞ arasında razılaşma da əldə olunub. Razılaşmaya əsasən, Suriyaya qaz ixracı gələn ilin ortalarından başlana bilər.
Elxan SALAHOV

Oxşar yazılar

Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28
“Azərbaycan Uşaq Qaynar Xətti” 2025-ci ilin ilk yarısında 2173 müraciət qeydə alıb
16 iyul 2025 , 11:23Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
15 iyul 2025 , 16:59
Xırdalan şəhərinin işığı kəsiləcək
15 iyul 2025 , 16:16
"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34