Azərbaycan və Suriya arasında 19 protokol hazırlanacaq
Müxtəlif sahələri əhatə edən bu protokollardan 9-u artıq hazırdır
Suriya və Azərbaycan hökumətləri 19 sahə üzrə əməkdaşlıq sazişləri və protokollar imzalayacaq. Artıq bu saziş və protokolların 9-u hazırdır.
Lent.az-ın məlumatına görə, bu barədə Azərbaycan-Suriya hökumətlərarası komissiyasının həmsədri, Suriyanın neft və mineral ehtiyatlar naziri Sufian əl-Alao bildirib. Onun sözlərinə görə, bu razılaşma Suriya ilə Azərbaycan arasında siyasi, iqtisadi, mədəni əməkdaşlığın daha geniş və intensiv şəkildə qurulmasına imkan yaradacaq: “Suriya Azərbaycana, Azərbaycan isə Suriyaya məhsullarını sata bilər. Azərbaycanda elə məhsullar var ki, o Suriyada yoxdur və ya əksinə. Biz 19 saziş və protokolun hazırlanması ilə məşğuluq. Hər iki ölkənin prezidentləri qərara gəlib ki, bu istiqamətdə çalışmalarımızı davam etdirək”.
Birgə komissiyanın üzvü, kənd təsərrüfatı naziri İsmət Abbasov isə eyib ki, hazırlanmış 9 protokolun arasında baytarlıq və fitosanitar sahədə əməkdaşlıq üzrə sazişlər də var.
Bundan başqa, yaxın vaxtlar Suriyada Azərbaycan, Azərbaycanda isə Suriya məhsullarının sərgisi təşkil olunacaq. Həmin sərgilərdən sonra ölkələrin müxtəlif növ məhsullara qarşılıqlı tələbatı müəyyən ediləcək, sahibkarlar üçün əməkdaşlıq imkanları açılacaq.
Elxan SALAHOV

Oxşar yazılar

Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28
“Azərbaycan Uşaq Qaynar Xətti” 2025-ci ilin ilk yarısında 2173 müraciət qeydə alıb
16 iyul 2025 , 11:23Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
15 iyul 2025 , 16:59
Xırdalan şəhərinin işığı kəsiləcək
15 iyul 2025 , 16:16
"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34