Dövlət büdcəsinə dəyişikliklər təsdiqləndi
Azərbaycan prezidenti bu barədə fərman imzalayıb
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununda dəyişikliklər edilməsi barədə” qanununun tətbiq olunması haqqında fərman imzalayıb.
Qeyd edək ki, sözügedən qanun Azərbaycan Milli Məclisinin iyunun 18-də keçirilmiş iclasında qəbul olunub. Qanuna əsasən, 2010-cu il dövlət büdcəsinin gəlirləri 1 490 mln. manat, xərcləri isə 1 011,3 mln. manat artırılıb. Artımla dövlət büdcəsinin gəlirləri 11 505 mln. manat, xərcləri isə 12 275,3 mln. manat təşkil edib. Gəlirlərin artımının 490 mln. manatı Vergilər Nazirliyi, 1 mlrd. manatı isə Dövlət Neft Fondundan transfertlər hesabına formalaşıb. Bununla da, Vergilər Nazirliyinin xətti ilə büdcəyə daxil olması planlaşdırılan vəsaitlərin həcmi 4 470 mln. manat olub. Proqnozlaşdırılan büdcə kəsirinin məbləği 478,7 mln. manat azaldılıb.
Kür və Araz çaylarının yaratdığı sel fəlakətinin fəsadlarının aradan qaldırılması və gələcəkdə analoji halların baş verməməsi üçün tədbirlərin maliyyələşdirilməsinə 300 mln. manat ayrılıb. Müdafiə xərclərinə 400 mln. manat əlavə edilib. Naxçıvanda bir sıra infrastruktur layihələrinin həyata keçirilməsinə 17 mln. manat, yol layihələrinin başa çatdırılması, Bakı şəhərində tarixi əhəmiyyətli binaların bərpası, rayonlarda su və kanalizasiya sistemlərinin yaxşılaşdırılmasına 129 mln. manat, elmə 3 mln. manat, səhiyyəyə 10 mln. manat ayrılıb. Naxçıvan Muxtar Respublikasına dövlət büdcəsinin dotasiyası 2,7 mln. manat artırılıb. Dövlət büdcəsinin kəsiri ÜDM-in 2,3%-ni təşkil edib.
Yerli gəlir və xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan vəsaitin məbləği 31 mln. manat və ya 4,2% artırılıb. 2010-cu il icmal büdcəsinin gəlirləri 3 194 mln. manat və ya təsdiq olunmuş büdcəyə nisbətən 26,9% artırılıb. Artımın 2,7 mlrd. manatını ARDNF-in gəlirləri, 490 mln. manatını dövlət büdcəsinin gəlirləri, 3,5 mln. manatını Naxçıvan Muxtar Respublikası büdcəsinin gəlirləri təşkil edəcək. İcmal büdcənin xərcləri isə təsdiq olunmuş büdcəyə nisbətən 13,6% və ya 1 715 mln. manat artaraq 14 351 mln. manata, onun profisiti isə 727,8 mln. manat səviyyəsinə qalxacaq. ARDNF-in 1 mlrd. manat əlavə xərcini dövlət büdcəsinə transfertlər təşkil edəcək.

Oxşar yazılar

Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28
“Azərbaycan Uşaq Qaynar Xətti” 2025-ci ilin ilk yarısında 2173 müraciət qeydə alıb
16 iyul 2025 , 11:23Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
15 iyul 2025 , 16:59
Xırdalan şəhərinin işığı kəsiləcək
15 iyul 2025 , 16:16
"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34