Satışa tullantı çıxarılıb - SİYAHI
ARDNŞ orijinal yola əl atıb
ARDNŞ tərəfindən ətraf mühitin qorunması, ekoloji təhlükəsizlik və təbii ehtiyatlardan səmərəli istifadə sahəsində praktiki fəaliyyətin ümumi istiqamətlərini müəyyən edən “Ekoloji Siyasət” sənədi təsdiq olunub.
Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, sənəddə yeni fəaliyyət sahələrində ətraf mühitin ilkin vəziyyətinin qiymətləndirilməsi və ona neqativ təsirlərin minimuma endirilməsini təmin etmək məqsədi ilə “sıfır tullantı” prinsipinə əməl edilməsi əks etdirilir.
Hazırda ARDNŞ-in idarə və müəssisələrinin istehsalat və xidmət sahələrində əmələ gələn bir sıra tullantılar Ekologiya İdarəsinin “Tullantı Mərkəzi”ndə yerləşdirilir. Həmin tullantıların bir hissəsinin təkrar emalı mümkündür. Bu məqsədlə ARDNŞ-in Ekologiya İdarəsi, təkrar emalı mümkün olan tullantıların satışı üçün müsabiqə elan edib. Müsabiqədə yerli və xarici müəssisə və təşkilatlar, fiziki şəxslər iştirak edə bilərlər. Satışa çıxarılan tullantılar aşağıdakılardır:
S/s Tullantının adı miqdarı, (ton) Dislokasiyası
1 Avtomobil şinləri 56,862 Tullantı Mərkəzi
2 Akkumulyatorlar 12,911 Tullantı Mərkəzi
3 Yağ və hava süzgəcləri 0,940 Tullantı Mərkəzi
4 Qalvanik elementlər 0,139 Tullantı Mərkəzi
5 Yüksək və az təzyiqli lüminessensiya lampalar 0,051 Tullantı Mərkəzi
6 Kompüter 0,045 Tullantı Mərkəzi
7 Printer 0,538 Tullantı Mərkəzi
8 Katriclər (toner) 0,162 Tullantı Mərkəzi
9 Sellüloz tullantılar (kağız) 6,513 Tullantı Mərkəzi
Qeyd olunan tullantıların alınması üzrə təkliflər sentyabrın 1-dək Bakı şəhəri, Heydər Əliyev prospekti 113 ünvanında yerləşən ARDNŞ-in Ekologiya İdarəsinə təqdim edilməlidir.

Oxşar yazılar

Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28
“Azərbaycan Uşaq Qaynar Xətti” 2025-ci ilin ilk yarısında 2173 müraciət qeydə alıb
16 iyul 2025 , 11:23Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
15 iyul 2025 , 16:59
Xırdalan şəhərinin işığı kəsiləcək
15 iyul 2025 , 16:16
"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34