Zərərlə işləyən bankların sayı rekord həddə çatdı
Azərbaycanda hər 3 bankdan 1-i zərərlə işləyir
May ayını daha 4 bank zərərlə başa vurub. Bununla da ölkədə zərərlə işləyən bankların sayı rekord həddə - 13-dən 17-yə çatıb. Lent.az “İqtisadi forum” jurnalına istinadən bildirir ki, Azərbaycanda sonuncu dəfə 2006-cı ilin avqustunda belə bankların sayı 16 olub.
2010-cu ilin iyun ayının 1-i vəziyyətinə ölkə banklarının əldə etdikləri mənfəətin həcmi 85,03 milyon manat təşkil edib. Bu isə əvvəlki ayla müqayisədə 10,7 faiz çoxdur. May ayında bankların ümumilikdə mənfəəti təxminən 8,2 milyon manat artıb. Mənfəətlə işləyən bankların sayı isə 34-dən 30-a düşüb.
Hesabat ayında bankların zərərində də artım müşahidə edilib. Bu müddətdə bankların zərəri aprel ayı ilə müqayisədə 2,8 milyon artaraq 24,55 milyon manat təşkil edib. Bir ay öncə zərərin həcmi 21,8 milyon manat olub. Zərərlə işləyən bankların sayı 13-dən 17-yə yüksəlib.
İyunun 1-i vəziyyətinə bankların yekun mənfəəti 60,48 milyon manata bərabər olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə azdır. 2009-cu ilin mayında bu göstərici 128,97 milyon manat təşkil edib.
Xatırladaq ki, hazırda Azərbaycanda 47 bank fəaliyyət göstərir. Onlardan 1-i dövlət, 46-sı özəldir. Özəl bankların 23-ü isə xarici kapitallıdır.
Elxan SALAHOV

Oxşar yazılar

Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28
“Azərbaycan Uşaq Qaynar Xətti” 2025-ci ilin ilk yarısında 2173 müraciət qeydə alıb
16 iyul 2025 , 11:23Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
15 iyul 2025 , 16:59
Xırdalan şəhərinin işığı kəsiləcək
15 iyul 2025 , 16:16
"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34