“Qazax-Konserv” ASC-nin səhmləri tam şəkildə satıldı
Müsabiqənin qalibi 3 ay ərzində müəssisəyə 500 min manat həcmində investisiya qoymalıdır
“Qazax-Konserv” ASC-nin səhmlərinin pul hərracında satılmamış 30,47 faiz hissəsinin özəlləşdirilməsi ilə əlaqədar elan edilmiş investisiya müsabiqəsinə yekun vurulub.
Əmlak Məsələləri Komitəsindən Lent.az-a bildiriblər ki, müsabiqə zamanı iddiaçılar qarşısında müvafiq regionda yerləşən kəndli və fermerlərdən meyvə-tərəvəz məhsullarının tədarükünün artırılması, yüksək keyfiyyətli konserv məhsullarının istehsalının genişləndirilməsini təmin etmək məqsədilə müəssisəyə investisiyaların və müasir texnologiyaların cəlb edilməsi, müəssisənin istehsal sahələrinin müasir tələblər səviyyəsində yenidən qurulması, müəssisədə yeni iş yerlərinin açılması, işçilərin sosial təminatı ilə bağlı təkliflərin verilməsinə dair şərtlər qoyulmuşdu. Müsabiqədə iştirak etmək üçün bir neçə iddiaçı ərizə və investisiya təklifləri təqdim edib. Həmin təkliflərə baxıldıqdan sonra Müsabiqə Komissiyası açıq səsvermə yolu ilə qərar qəbul edib. Sonda müəssisənin fəaliyyətinin genişləndirilməsi və gələcəkdə inkişaf etdirilməsi məqsədi ilə daha əsaslı İnvestisiya Proqramı və maksimum həcmdə investisiya yatırımı təklif edən, onun səmərəli qoyuluşu üzrə öhdəlik götürən iddiaçı müsabiqənin qalibi elan edilib.
İnvestisiya müsabiqəsində qalib gəlmiş investor tərəfindən təqdim olunmuş İnvestisiya Proqramına əsasən, müəssisəyə istehsal məqsədləri üçün 3 ay ərzində 500 000 manat həcmində investisiya qoyuluşları həyata keçiriləcək. Müsabiqənin qalibi həmçinin dövlət büdcəsinə 180 000 manat vəsait köçürülməlidir.
Həyata keçirilən investisiya layihəsinə uyğun olaraq istehsalın bərpası və inkişaf etdirilməsi nəticəsində müəssisədə 50 yeni iş yerinin açılması, digər sosial tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Elxan SALAHOV

Oxşar yazılar

Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28
“Azərbaycan Uşaq Qaynar Xətti” 2025-ci ilin ilk yarısında 2173 müraciət qeydə alıb
16 iyul 2025 , 11:23Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
15 iyul 2025 , 16:59
Xırdalan şəhərinin işığı kəsiləcək
15 iyul 2025 , 16:16
"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34