Neft Fondunun büdcə hesabatı prezidentə təqdim olunub
11 iyun 2009 12:00 (UTC +04:00)

Neft Fondunun büdcə hesabatı prezidentə təqdim olunub

0
Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının iclası keçirilib. Baş nazir, Şuranın sədri Artur Rasizadənin sədrliyi ilə keçirilən iclasda Fondun 2008-ci ildə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri müzakirə olunub. İclasda həmçinin ARDNF-nin 2008-ci il büdcəsinin icrası məsələlərinə də baxılıb.

Fondun mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, Müşahidə Şurası qurumun 2008-ci ildə fəaliyyəti haqqında illik hesabatına, habelə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun (Deloyt ənd Tuş şirkətinin) hesabatına və rəyinə baxıb. Həmçinin fondun 2008-ci il büdcəsinin icrası layihəsini təsdiq olunmaq üçün prezidentə təqdim etmək barədə qərar çıxarılıb.

İclasın sonunda baş nazir Artur Rasizadə Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri seçilib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1117

Oxşar yazılar