Nazir: “ƏDV-nin təkrar tətbiqi buğda və ununun qiymətini artırıb”
0
0
May ayında idxal buğda və una əlavə dəyər vergisinin təkrar tətbiqi Azərbaycanda bu məhsulların qiymətinin müəyyən dərəcədə artmasına təsir göstərib.
Bu barədə APA-ya açıqlamasında kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.
İ. Abasovun sözlərinə görə, bu qiymət artımı əvvəlki aylarda ölkəyə idxal edilən taxıla və una şamil olunmamalıdır: «May ayından ƏDV-nin tətbiqi idxal olunan məhsullarda müəyyən qədər qiymət artımına şərait yaradır. Amma ölkədə ötən ilki istehsaldan kifayət qədər qalıq taxıl var. Digər tərəfdən, may ayına qədərki idxal hesabına kifayət qədər ehtiyatın olduğunu deyə bilərik».
Qeyd edək ki, artıq Azərbaycanda arpa biçininə başlanıb. Yaxın günlərdə isə buğda biçininə start veriləcək. İ. Abasovun sözlərinə görə, bu il Azərbaycanda rekord həddə – 800 min hektar sahədə buğda əkilib. Bu il 2 mln. 160 min tondan artıq buğda, ümumilikdə isə 3 mln. tondan artıq dənli və dənli-paxlalı məhsul istehsalı gözlənilir.
Azərbaycanın buğdaya olan tələbatı isə 1,6 mln. tondur.

Oxşar yazılar

Bakı ICPC 2025: Kapital Bank qlobal proqramlaşdırma layihəsində iştirak edir
3 sentyabr 2025 , 17:10
ABB müştərilər üçün AniPay inteqrasiyalı yeni QR ödəniş həllini təqdim etdi!
3 sentyabr 2025 , 12:28
Umico Bonus Bir Bonus oldu!
3 sentyabr 2025 , 10:13
Azərbaycanda 10 mindən çox abonentin qazı kəsiləcək
3 sentyabr 2025 , 09:35
akart iki beynəlxalq mükafata layiq görüldü
2 sentyabr 2025 , 13:05
“Sürətli Şans” başladı: “Azərlotereya” ilə “Toyota Corolla” və pul mükafatları qazan!
2 sentyabr 2025 , 10:47
Azərbaycanın bu ərazilərində işıq olmayacaq
2 sentyabr 2025 , 09:50