Əlixan Məlikov vəzifədən çıxarıldı
22 iyul 2009 18:00 (UTC +04:00)

Əlixan Məlikov vəzifədən çıxarıldı

Onun yerinə “Neftçi”nin prezidenti təyin edildi

ARDNŞ prezidenti Rövnəq Abdullayev “Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2009-cu il tarixli 126 nömrəli “ARDNŞ-nin strukturunun təkmilləşdirilməsi haqqında” Prezidentin 24 yanvar 2003-cü il tarixli 844 nömrəli Fərmanına dəyişikliklər və əlavələr edilməsi barədə Fərmanı”nın icrası barədə əmr imzalayıb.

Bu barədə Lent.az-a ARDNŞ-dən bildirilib. Əmrə əsasən, Prezidentin 1 iyul 2009-cu il tarixli 366 nömrəli sərəncamı ilə yenidən təşkil olunmuş və ARDNŞ-nin tabeliyinə verilmiş “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinin bazasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi yaradılıb. Həmin əmrlə ARDNŞ-nin “Qaz Əməliyyatları İdarəsi”nin adı dəyişdirilərək “Qaz İxrac İdarəsi” adlandırılıb, Dövlət Neft Şirkətinin “Neftqazlayihə” və “Elmi Tədqiqatlar” İnstitutları birləşdirilərək, onların bazasında “Neftqazelmitədqiqatlayihə” İnstitutu yaradılıb. ARDNŞ prezidentinin digər əmrləri ilə Əkbər Hacı oğlu Hacıyev “Azərneftyağ” Neft Emalı Zavodunun direktoru vəzifəsindən azad edilərək ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru, “Azərneftyağ” Neft Emalı Zavodunun direktor müavini Rövşən İmran oğlu Həsənov isə zavodun direktoru təyin edilib.

Əkbər Hacı oğlu Hacıyev 1972-ci ildə anadan olub. 1993-cü ildə Sankt-Peterburq şəhərində Mühəndis–İnşaat İnstitutunu bitirib. Ə.H.Hacıyevin əmək fəaliyyəti 2004-cü ildə “Məişət Maye Qaz” Açıq Tipli Səhmdar Cəmiyyətində başlayıb. 2006-cı ilədək həmin cəmiyyətin sədri vəzifəsində çalışıb. 2006-cı ilin mart ayından son təyinata qədər “Azərneftyağ” Neft Emalı Zavodunun direktoru vəzifəsində çalışıb.
Əkbər Hacıyev “Neftçi” Peşəkar Futbol Klubunun prezidentidir.
Qeyd edək ki, “Azəriqaz” QSC ləğv olunanadək qurumun prezidenti Əlixan Məlikov idi.

Pərvin ABBASOV
# 1910

Oxşar yazılar

"Unibank" 29 milyonluq kapital artımı ilə bağlı növbəti səhm buraxılışı həyata keçirir®

"Unibank" 29 milyonluq kapital artımı ilə bağlı növbəti səhm buraxılışı həyata keçirir®

8 dekabr 2022 , 16:05
Dünyanın  ən zəngin   5 ailəsi

Dünyanın ən zəngin 5 ailəsi

8 dekabr 2022 , 12:41
® Unibank biznes sahibləri üçün qış kampaniyası keçirir

®Unibank biznes sahibləri üçün qış kampaniyası keçirir

8 dekabr 2022 , 11:55
® Kapital Bank Sabirabadda keçirilən sosial layihəyə qoşulub

®Kapital Bank Sabirabadda keçirilən sosial layihəyə qoşulub

8 dekabr 2022 , 10:42
ABB-nin Mastercard kartları ilə təmassız ödənişlər apar, hədiyyələr qazan®

ABB-nin Mastercard kartları ilə təmassız ödənişlər apar, hədiyyələr qazan®

7 dekabr 2022 , 12:42
Dünyanın ən çox  qızıl ehtiyatı   olan ölkələri - SİYAHI

Dünyanın ən çox qızıl ehtiyatı olan ölkələri - SİYAHI

6 dekabr 2022 , 19:12
Quba sakinlərindən "Azəriqaz"a MÜRACİƏT

Quba sakinlərindən "Azəriqaz"a MÜRACİƏT

6 dekabr 2022 , 17:13
"Kapital Bank"ın Baş direktoru: "2020-2023-də əsas hədəflərimizdən biri bazardakı birinciliyi qorumaq idi" ®

"Kapital Bank"ın Baş direktoru: "2020-2023-də əsas hədəflərimizdən biri bazardakı birinciliyi qorumaq idi" ®

6 dekabr 2022 , 12:08