Yumurta sarıdan korluq çəkməyəcəyik
24 iyul 2009 20:00 (UTC +04:00)

Yumurta sarıdan korluq çəkməyəcəyik

Ət və süd istehsalında da artım var

2009-cu ilin I yarısının yekunlarına görə, Azərbaycanda ət, süd, yumurta və yun istehsalında artım qeydə alınıb.

Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsindən Lent.az-a daxil olan məlumata görə, bu dövr ərzində 147,3 min ton ət, 700,6 min ton süd istehsal olunub. Bu da keçən illə müqayisədə müvafiq olaraq 1,5 min ton(1%) və 17,2 min ton (2,5%) çoxdur.

Yün istehsalında 2,6 faiz artım olub. Başqa sözlə, 2008-ci ildə 12,7 min ton yun, 2009-cu ilin birinci yarısında 13 min ton yun istehsal edilib.

Yumurta sarıdan vəziyyət isə daha yaxşıdır. Əgər 2008-ci ildə toyuqlarımız 546,1 min yumurta veriblərsə, 2009-cu ilin ilk 6 ayında bu rəqəm 614,1 min ədəd olub. Bu da keçən illə müqayisədə 12,4 faiz, yəni 67,9 min ədəd çoxdur.

Ramiz
# 909

Oxşar yazılar