Evlər ucuzlaşmaqda davam edir
0
0
Bu il dünyanın əksər ölkələrində yaşayış evlərinin qiymətində ə ucuzlaşma qeydə alınıb
Qlobal iqtisadi böhranın səngiməsinə baxmayaraq, dünya ölkələrində mənzillərin qiyməti ucuzlaşmaqda davam edir. Son bir ildə yaşayış evlərinin qiymətində ən çox ucuzlaşma Riqada qeydə alınıb.
Lent.az “İqtisadi forum” jurnalına istinadən xəbər verir ki, Latviyanın paytaxtında qiymətlər orta hesabla 59 faiz ucuzlaşıb. Biznes klass tipli evlərin hər kvadratmetri bu şəhərdə alıcılara orta hesabla 2,3 min avroya başa gəlir.
“Global Property Guide” tədqiqat şirkəti dünyanın müxtəlif ölkələrinin iri şəhərlərində yaşayış evlərinin qiymətinin dəyişməsi ilə bağlı məlumatlarını təzələyib. Daşınmaz əmlak bazarında ən çox ucuzlaşmaya məruz qalan növbəti ölkə Birləşmiş Ərəb Əmirlikləridir. Bu ölkədə evlərin qiyməti 50 faiz dəyərsizləşib. Əmlakın qiyməti Estoniyada 30,8 faiz, Ukraynada 26,6 faiz, Sinqapurda 24,9 faiz düşüb.
Yay aylarında Nyu-Yorkun nüfuzlu ərazilərində bir kvadratmetr yaşayış sahəsi 9-10,8 min, Londonda isə 9,5-12,3 min avro idi. Bu ölkələrdə il ərzində qiymətlər 14 faiz ucuzlaşıb. Avropa ölkələri arasında Danimarkada, Fransada, İrlandiyada, İslandiyada və Bolqarıstanda qiymətlər il ərzində 5 faiz azalıb.
Bununla belə, qlobal böhran şəraitində yaşayış evlərinin qiymətinin bahalaşdığı ölkələr də var. İl ərzində İsraildə evlərin qiyməti 8,4 faiz, İsveçrədə 5 faiz , Lüksemburqda 2 faiz artıb.
Elxan SALAHOV

Oxşar yazılar

Qırmızı Ürəklər Fondu Beynəlxalq Xeyriyyəçilik Gününü xüsusi aksiya ilə qeyd edir
5 sentyabr 2025 , 12:05
Azercell Bərdədə yaşlılar üçün kibertəhlükəsizlik təlimi keçdi
4 sentyabr 2025 , 19:40
Bakı ICPC 2025: Kapital Bank qlobal proqramlaşdırma layihəsində iştirak edir
3 sentyabr 2025 , 17:10
ABB müştərilər üçün AniPay inteqrasiyalı yeni QR ödəniş həllini təqdim etdi!
3 sentyabr 2025 , 12:28
Umico Bonus Bir Bonus oldu!
3 sentyabr 2025 , 10:13
Azərbaycanda 10 mindən çox abonentin qazı kəsiləcək
3 sentyabr 2025 , 09:35
akart iki beynəlxalq mükafata layiq görüldü
2 sentyabr 2025 , 13:05