Büdcəmizdə 315 milyon manat kəsir yaranır
0
0
Bu ilin büdcə gəlirləri 20 faiz kəsirlə icra olunacaq
2009-cu ilin büdcə gəlirləri 20,3 faiz, xərcləri isə 18,9 faiz kəsirlə icra olunacaq. Bu barədə 2010-cu ilin büdcə layihəsi zərfində də qeyd olunur.
Lent.az “İqtisadi forum” jurnalına istinadən bildirir ki, layihəyə əsasən, 2009-cu ildə büdcə gəlirləri proqnozlaşdırılan 12,177 milyard manata qarşı 9,701 milyard manat və ya 79,7 faiz icra olunacaq. Bu isə büdcə hazırlanarkən proqnozlaşdırılan məbləğdən 2,476 milyard manat azdır.
Bu il büdcə xərcləri 12,355 milyarda qarşı 10,016 milyard manat və ya 81,1 faiz icra olunacağı gözlənilir. Büdcə xərclərində proqnozdan kənarlaşma 2,339 milyard manat olacaq. Gözlənilən icrada büdcə kəsiri də artacaq. Belə ki, cari ildə 178 milyon manatlıq kəsir böyüyərək 315 milyona çatacaq.
Xatırladaq ki, 2010-cu ilin büdcə layihəsinə görə, büdcə gəlirləri 10,015 milyard, xərcləri isə 11,264 milyard manat proqnozlaşdırılıb. 2010-cu ildə büdcə kəsiri 1,249 milyard manata çatacaq.
Elxan SALAHOV

Oxşar yazılar

Qırmızı Ürəklər Fondu Beynəlxalq Xeyriyyəçilik Gününü xüsusi aksiya ilə qeyd edir
5 sentyabr 2025 , 12:05
Azercell Bərdədə yaşlılar üçün kibertəhlükəsizlik təlimi keçdi
4 sentyabr 2025 , 19:40
Bakı ICPC 2025: Kapital Bank qlobal proqramlaşdırma layihəsində iştirak edir
3 sentyabr 2025 , 17:10
ABB müştərilər üçün AniPay inteqrasiyalı yeni QR ödəniş həllini təqdim etdi!
3 sentyabr 2025 , 12:28
Umico Bonus Bir Bonus oldu!
3 sentyabr 2025 , 10:13
Azərbaycanda 10 mindən çox abonentin qazı kəsiləcək
3 sentyabr 2025 , 09:35
akart iki beynəlxalq mükafata layiq görüldü
2 sentyabr 2025 , 13:05