Keyfiyyətli buğda istəyiriksə...
0
0
Kənd Təsərrüfatı naziri ölkədə taxıl tədarükü sexlərinin yaradılmasını təklif edir
“Buğda istehsalı ilə məşğul olan qonşu ölkələrdə bizdəki iqlim şəraiti yoxdur. Ona görə də qonşu ölkələrdə istehsal olunan ərzaq buğdasının keyfiyyəti Azərbaycandakından yüksək ola bilməz”.
Lent.az-ın məlumatına görə, kənd təsərrüfatı naziri İsmət Abbasov Azərbaycanda istehsal olunan taxılın keyfiyyətinin aşağı olmasına münasibət bildirərkən belə deyib. O, qeyd edib ki, Azərbaycanda istehsal olunan ərzaq buğdasının keyfiyyəti xaricdən gətirilən məhsullardan heç də aşağı deyil. Onun sözlərinə görə, yerlərdən gətirilmiş ərzaq buğdası Milli Elmlər Akademiyasının Genetika İnstitutunda analizdən keçirilir.
“Əldə olunan nəticələrə göstərir ki, Azərbaycanda istehsal olunan ərzaq buğdasının keyfiyyəti yüksəkdir. Sadəcə bir məsələ var ki, yerli istehsalda dəyirmanlara göndərilən buğdanı təmizləmək, onları çeşidləmək üçün sahibkarların imkanı yoxdur. Bəzi fermerlər isə buna heç maraq da göstərmir və onlar sadəcə istehsal etdikləri məhsulu dəyirmanlara satmaqla məşğuldur” – deyə, İsmət Abbasov bildirib.
Nazir qeyd edib ki, bu problemin aradan qaldırılması üçün Azərbaycanda taxıl tədarükü qurumlarının yaradılmasına ehtiyac var, onun sözlərinə görə, belə qurumların özəl şirkətlər tərəfindən yaradılması daha məqsədəuyğundur. Onun fikrincə, özəl qurumlar tədarük müəssisələri yaratmağa maraq göstərməsə, bu iş dövlət tərəfindən həyata keçirilə bilər: “İstehsal olunmuş məhsul fermerlər alınmalı, təmizlənməli və çeşidlənməlidir. Bundan sonra məhsul dəyirmanların istədiyi normalara uyğunlaşdırıldıqdan sonra satışa buraxılmalıdır”.
Elxan SALAHOV

Oxşar yazılar

Qırmızı Ürəklər Fondu Beynəlxalq Xeyriyyəçilik Gününü xüsusi aksiya ilə qeyd edir
5 sentyabr 2025 , 12:05
Azercell Bərdədə yaşlılar üçün kibertəhlükəsizlik təlimi keçdi
4 sentyabr 2025 , 19:40
Bakı ICPC 2025: Kapital Bank qlobal proqramlaşdırma layihəsində iştirak edir
3 sentyabr 2025 , 17:10
ABB müştərilər üçün AniPay inteqrasiyalı yeni QR ödəniş həllini təqdim etdi!
3 sentyabr 2025 , 12:28
Umico Bonus Bir Bonus oldu!
3 sentyabr 2025 , 10:13
Azərbaycanda 10 mindən çox abonentin qazı kəsiləcək
3 sentyabr 2025 , 09:35
akart iki beynəlxalq mükafata layiq görüldü
2 sentyabr 2025 , 13:05