Sumqayıtda 1100 tullantı qəbulu məntəqəsi yaradılıb
0
0
Bu ilin ötən dövrü ərzində Sumqayıt şəhəri və ətraf qəsəbələrdə məişət tullantılarının həcminin artması ilə əlaqədar 22 ədəd xüsusi təyinatlı avtomaşınlara iş növbəli iş rejimi tətbiq edilib. Sumqayıt Şəhər Təmizlik Departamenti tərəfindən aparılan bu tədbirlər çərçivəsində işçi qüvvəsi də gücləndirilib.
Sumqayıt Şəhər Təmizlik Departamentindən Lent.az-a bildirib ki, hazırda şəhərdə məişət tullantılarının toplanması üçün 1100 ədəd tullantı qəbulu məntəqəsi var. Həmin məntəqələrdə 5000 ədəd konteyner düzülüb. Sıradan çıxmış 1500 ədəd konteyner isə tam təmir edilərək istifadəyə yararlı hala gətirilib. Ərazilərdən toplanıb daşınan məişət tullantıları isə şəhər poliqonunda zərərsizləşdirilib.
Departamentdə bildirirlər ki, ilin əvvəlindən indiyədək Sumqayıt şəhərində məişət tullantılarının daşınması üzrə 2780 müqavilə imzalanıb. Onların 1710-u fiziki şəxslər, 1080-i isə hüquqi şəxslər təşkil edir. Müqavilələrin bağlanması ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz artıb.
Elxan SALAHOV

Oxşar yazılar

Qırmızı Ürəklər Fondu Beynəlxalq Xeyriyyəçilik Gününü xüsusi aksiya ilə qeyd edir
5 sentyabr 2025 , 12:05
Azercell Bərdədə yaşlılar üçün kibertəhlükəsizlik təlimi keçdi
4 sentyabr 2025 , 19:40
Bakı ICPC 2025: Kapital Bank qlobal proqramlaşdırma layihəsində iştirak edir
3 sentyabr 2025 , 17:10
ABB müştərilər üçün AniPay inteqrasiyalı yeni QR ödəniş həllini təqdim etdi!
3 sentyabr 2025 , 12:28
Umico Bonus Bir Bonus oldu!
3 sentyabr 2025 , 10:13
Azərbaycanda 10 mindən çox abonentin qazı kəsiləcək
3 sentyabr 2025 , 09:35
akart iki beynəlxalq mükafata layiq görüldü
2 sentyabr 2025 , 13:05