Azərbaycan 132 ölkə ilə ticarət edib
0
0
Ötən 10 ayda 14 milyard dollardan çox idxal-ixrac əməliyyatları aparılıb
2009-cu ilin yanvar-sentyabr aylarında Azərbaycan dünyanın 132 ölkə ilə ticarət əlaqəsi aparıb. Bu sahədə faydalı əməkdaşlıq nəticəsində 14,4 milyard dollar həcmində idxal-ixrac əməliyyatları aparılıb.
Dövlət Statistika Komitəsindən Lent.az-a bildiriblər ki, xarici ticarət dövriyyəsinin 10,0 milyard dollarını (69,6 faizini) ölkədən ixrac olunmuş mallar, 4,4 milyard dollarını (30,4 faizini) ölkəmizə idxal edilmiş məhsullar təşkil edib və 5,6 milyard dollarlıq müsbət saldo yaranıb. İxrac-idxal əməliyyatlarının 52,9 faizi Avropa, 32,4 faizi Asiya, 13,5 faizi Amerika, 1,1 faizi Afrika qitəsi ölkələrinin, 0,1 faizi isə Okeaniyanın payına düşür. Xarici ticarət əməliyyatlarının 18,0 faizi İtaliya, 9,4 faizi ABŞ, 9,4 faizi Rusiya, 6,9 faizi Fransa, 5,7 faizi İsrail, 5,2 faizi Türkiyə, 3,8 faizi Tayvan, 3,5 faizi Almaniya, 3,1 faizi Kanada, 2,9 faizi Ukrayna, 2,8 faizi Böyük Britaniya, 2,8 faizi Çin, qalan 26,5 faizi isə digər dövlətlərlə aparılıb.
Elxan SALAHOV

Oxşar yazılar

Qırmızı Ürəklər Fondu Beynəlxalq Xeyriyyəçilik Gününü xüsusi aksiya ilə qeyd edir
5 sentyabr 2025 , 12:05
Azercell Bərdədə yaşlılar üçün kibertəhlükəsizlik təlimi keçdi
4 sentyabr 2025 , 19:40
Bakı ICPC 2025: Kapital Bank qlobal proqramlaşdırma layihəsində iştirak edir
3 sentyabr 2025 , 17:10
ABB müştərilər üçün AniPay inteqrasiyalı yeni QR ödəniş həllini təqdim etdi!
3 sentyabr 2025 , 12:28
Umico Bonus Bir Bonus oldu!
3 sentyabr 2025 , 10:13
Azərbaycanda 10 mindən çox abonentin qazı kəsiləcək
3 sentyabr 2025 , 09:35
akart iki beynəlxalq mükafata layiq görüldü
2 sentyabr 2025 , 13:05