“Azərenerji”nin prezidenti vəd verdi
10 noyabr 2009 12:31 (UTC +04:00)

“Azərenerji”nin prezidenti vəd verdi

0
“Qışda elektrik enerjisi ilə bağlı heç bir problem olmayacaq”


Qışa hazırlıqla bağlı işlər planda nəzərdə tutulduğu kimi davam edir, qışda elektrik enerjisi ilə bağlı heç bir problem olmayacaq.


Lent.az-ın müxbirinin verdiyi məlumata görə, bu barədə jurnalistlərə “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev bildirib.

Etibar Pirverdiyev Gürcüstan-Türkiyə enerji körpüsü ilə bağlı da danışıb. USAİD-in maliyyə dəstəyi verdiyi bu layihə ilə bağlı Gürcüstan hökuməti artıq tender elan edib. “Azərenerji” ASC-nin prezidenti bu ilin sonuna qədər tenderin yekunlaşacağını söyləyib. Etibar Pirverdiyev Sumqayıt İstilik Elektrik Stansiyasının bu ilin sonuna qədər istifadəyə veriləcəyini də nəzərə çatdırıb.

“Azərenerji” ASC-nin prezidenti Dövlət Bayrağı Meydanı ilə bağlı sualları da cavablandırıb: “Dövlət Bayrağı Meydanı ilə biz məşğul deyilik. Yalnız texniki yardım göstəririk, orada heç bir problem yoxdur”.
Etibar Pirverdiyev Dövlət Bayrağı Meydanının nə vaxt istifadəyə veriləcəyini də bilmir.


Pərvin Abbasov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1072

Oxşar yazılar