Vaxtı keçmiş kreditlər çoxalır
0
0
Bu ilin 9 ayında vaxtı keçmiş kreditlərin həcmi 2 dəfə artıb
2009-cu ilin sentyabr ayında əvvəlki ayla müqayisədə vaxtı keçmiş kreditlərin həcmi 35 milyon manat artaraq 309,4 milyon manata çatıb.
Lent.az “İqtisadi forum” jurnalına istinadən bildirir ki, avqust ayında bu tip kreditlər 274,9 milyon manat olub. Bu ilin 9 ayında ölkə iqtisadiyyatına yatırılan cəmi kredit qoyuluşlarının 4 faizini vaxtı keçmiş kreditlər təşkil edib. Avqustda isə bu tipli kreditlərin payı 3,6 faiz olub. İlin əvvəli ilə müqayisədə sentyabrda vaxtı keçmiş kreditlərin həcmi 2 dəfə artıb. 2009-cu ilin yanvar ayının 1-ə vaxtı keçmiş kreditlərin həcmi 159,8 milyon manat olub.
Kreditlərin 55,4 faizi və ya 4310,2 milyon manatı milli, 44,6 faizi və ya 3470,6 milyon manatı isə xarici valyutada qoyulub. Milli valyutada qoyulan kreditlərin 4,5 faizin, xarici valyutada qoyulan kreditlərin isə 3,3 faizini vaxtı ötmüş kreditlər təşkil edir. Əvvəlki ayla müqayisədə sentyabrda milli valyuta üzrə vaxtı keçmiş kreditlər 14,9 milyon manat, xarici valyuta üzrə isə 19,6 milyon manat artıb.
Elxan SALAHOV

Oxşar yazılar

Qırmızı Ürəklər Fondu Beynəlxalq Xeyriyyəçilik Gününü xüsusi aksiya ilə qeyd edir
5 sentyabr 2025 , 12:05
Azercell Bərdədə yaşlılar üçün kibertəhlükəsizlik təlimi keçdi
4 sentyabr 2025 , 19:40
Bakı ICPC 2025: Kapital Bank qlobal proqramlaşdırma layihəsində iştirak edir
3 sentyabr 2025 , 17:10
ABB müştərilər üçün AniPay inteqrasiyalı yeni QR ödəniş həllini təqdim etdi!
3 sentyabr 2025 , 12:28
Umico Bonus Bir Bonus oldu!
3 sentyabr 2025 , 10:13
Azərbaycanda 10 mindən çox abonentin qazı kəsiləcək
3 sentyabr 2025 , 09:35
akart iki beynəlxalq mükafata layiq görüldü
2 sentyabr 2025 , 13:05